Menu

“Kənardan müdaxilə əlaməti yoxdur” - ABŞ-dən Rəisinin ölümünə reaksiya

20.05.2024, 15:41
“Kənardan müdaxilə əlaməti yoxdur” - ABŞ-dən Rəisinin ölümünə reaksiya

Vaşinqton İran prezidentini daşıyan helikopterin qəzaya uğramasının səbəbinin qəza olduğu qənaətindədir. Amerika rəsmiləri kənardan müdaxilə əlaməti görmürlər.

“AzPolitika” xəbər verir ki, bunu Demokratlar Partiyasının ABŞ Senatındakı lideri Çak Şumer deyib: “Helikopterin qəzaya uğradığı İranın şimal-qərbində çox pis, dumanlı hava şəraiti olub. Deməli, bu, bədbəxt hadisə kimi görünür, lakin hadisə hələ tam araşdırılır”.

Şumerin sözlərinə görə, ABŞ rəhbərliyinin fikrincə, bu hadisədə təxribat əlaməti yoxdur.

ABŞ kəşfiyyatı da bildirib ki, “çirkli oyun”a dair heç bir dəlil yoxdur.

Şumer həmçinin əlavə edib ki, ABŞ bu hadisənin araşdırılmasını diqqətlə izləyəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol