Menu

Dövlət Komitəsinin sədr müavini telekanalları tənqid edib

20.05.2024, 17:04
Dövlət Komitəsinin sədr müavini telekanalları tənqid edib

Televiziyalardakı bəzi verilişlər məişətimiz üçün zərərlidir.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Onun sözlərinə görə, reytinq qazanmaq və aşağı təbəqədən olan insanların baxışını gücləndirmək üçün belə proqramlar efirə verirlər:

"Bəs bunun qarşısını necə alaq? Bu məsələni ciddi müzakirə obyektinə çevirmək lazımdır. Televiziya rəhbərləri səviyyəsində dəyirmi masa təşkil etmək yaxşı olardı. Onlara sözümüzü deməyin vaxtı çatıb. Siz reytinq toplayırsınız, amma bir ailə mövzusunu televiziyaya çıxarmaq və biabırçı şəkildə cəmiyyətə təqdim etməklə pisliyin təbliği kimi proses gedir".

Şərhlər

dadaşyev 2024-05-21 01:00:43

Bütün idarə və təşkilatlar onlara aid hər hansı çatışmazlığın aradan qaldırılması məsələsini "aidiyyəti qurumlara" həvalə edirlər.Siz də elə edin.Aidiyyəti qurumların yerini-yurdunu bilmək üçün isə təklif edirəm ki,"Aidiyyəti Qurumlar Baş İdarəsi" yaradılsın,millət dərdini-sərini gedib o idarəyə desin.Və ya Asan Xidmət nəzdində "Aidiyyəti qurumlar" bölməsi də yaradılsın.

Türk Turan 2024-05-20 23:14:46

Televiziyalara nəzarət gücləndirilməlidir və bu iş Azərbaycan respublikasının qanunvericiliyi ilə tənzimlənməlidir.

Watchman 2024-05-20 18:06:20

Bəli, ailə məsələlərini sizin komitə həll etməlidir, aparicılar yox. Amma görünür siz büdcədən maaş almaqdan və kağız-kuğuzla baş qatmaqdan başqa heç nə etmək istəmirsiz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol