Menu

Paşinyan ABŞ kəşfiyyatının direktor müavinini qəbul edib

21.05.2024, 15:32
Paşinyan ABŞ kəşfiyyatının direktor müavinini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun müavini Baş nazir Nikol Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“AzPolitika” Baş Naziri Aparatının informasiya şöbəsinin yaydığı məlumata istinadla xəbər verir ki, görüşdə həm Ermənistan-ABŞ ikitərəfli, həm də beynəlxalq gündəliyə aid məsələlər müzakirə edilib. Görüşdə ABŞ MKİ ilə Ermənistanın müvafiq strukturları arasında əməkdaşlıq müzakirə olunub

Rəsmi açıqlamada başqa təfərrüatlar verilməyib.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol