Menu

"Azərbaycanla sülh Ermənistan üçün prioritetdir" - Armen Qriqoryan

22.05.2024, 16:06
"Azərbaycanla sülh Ermənistan üçün prioritetdir" - Armen Qriqoryan

Azərbaycanla sülh və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün prioritetdir.

APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu bu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O deyib ki, ölkəsi bu istiqamətdəki səylərin tərkib hissəsi olaraq nəqliyyat kommunikasiyalarının açılması üzrə plan hazırlayıb.

Qriqoryanın sözlərinə görə, bu addım bölgənin Avropa və Mərkəzi Asiyaya çıxış imkanlarını asanlaşdıracaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol