Azərbaycan hökuməti rəsmi bəyanatlar və statistik göstərticilərlə ölkədə yoxsulluğun minimum səviyyədə olduğunu bəyan etsə də, bir çox iqtisadçılar bununla razılaşmır.
"AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuda paylaşdığı yazıda yoxsulluq səviyyəsinin kifayət qədər yüksək olduğunu bildirib: “Hökumət israr edir ki, ölkə əhalisinin cəmi 5%-i yoxsuldur. Bunu necə hesabladıqlarını qoyaq kənara, görək özlərinin digər rəqəmləri nə deyir: Bu ilin ilk 4 ayında pərakəndə ticarət şəbəkəsində 17,0 milyard manatlıq mal satılıb. Bunun 9,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatı isə qeyri-ərzaq malları olub. Həmin müddətdə ərzaq məhsullarının alınmasına 8 milyard 693 milyon manat xərclənib. Bu dövrdə alıcıların xərclədiyi vəsaitin 51,2%-i ərzaq məhsullarının payına düşüb. Yəni, əhali xərclədiyi hər 100 manatın 51 manat 20 qəpiyini ancaq ərzağa ödəyib. Bax bu, əsl yoxsulluq göstəricisidir. İnkişaf etmiş ölkələrdə xərclərinin 20%-dən çoxunu ancaq qidalanmağa ödəyən insan artıq yoxsul sayılır. İnkişaf etmiş ölkələri qoyaq kənara, Çində belə vətəndaşın ərzağa xərclədiyi vəsait ümumi xərclərinin 15%-ini keçmir.
Hə, onu da deyim ki, Azərbayanda məhəllə meyvə-tərəvəz dükanlarından, kiçik marketlərdən, yol kənarlarından və s. alınan ərzaq məhsulları statistikaya düşmür və ya, təqribi hesablanır. Onları da hesaba qatsaq, 51,2% deyil də 60-65% xərclərimizin ərzağa getdiyi görünər ki, bu da hardasa, Burkina Faso və ya Niger göstəricilərinə yaxındır...”
“AzPolitika.info”

Şərhlər
Miilətin çoxu geücələr zibil yeşiklərindən çörək qırıntıları yığırlar. Yazıq millətik ...
Yəni bizdə artıq illərdi həyat deyilən şey qarnı birtəhər doldurmaqdan ibarətdir.Qarnını bu gün doldura bildinsə xoşbəxtsən,bu gün yaşayacaqsan demək, sabah isə sabahdı daa,açılsa nə olacaq açılmasa nə olacaq,Fizuli demiş "Bir ümiddir ki var sübh".Bunu nə müftə yemək-içməkdən harınlamış,mordası piylənib Yer kürəsi kimi qütblərdən basıq forma almış ellipsbaş tirboyun məmur təbəqəsi anlar,nə də qaça-qaça villaları-obyektləri-dam boyda inomarkaları olan bəxtəvərlər.Papua New-Qvineyanın papuaasları kimi yarıac yaşayan əsas kütlə isə “makaron po foltski” yeməkdən gəmidən quruya çıxardılmış matros günündədir,sanki Potyomkin gəmisinin cəzalandırılmış matroslarıdırlar,Zakatala qalasında hər gün makaron yeməyə məhkum olunublar. Yəni obedə xiyardı kardeşim; yesən də budu,yeməsən də.Soymadan da yeyə bilərsən.
Bəli, iqtisadçı Natiq Cəfərli ilə tam razıyam, düzgün təhlildir...