ABŞ-də yenidən prezident olmağa iddialı olan Donald Tramp Rusiyada həbsdə olan amerikalı jurnalist Evan Qerşkoviçi azad etmək üçün Rusiya lideri Vladimir Putinlə yaxın münasibətindən istifadə edəcəyini bildirib.
“AzPolitika” xəbər verir ki, Tramp “Truth Social” sosial media platformasında paylaşdığı mesajda noyabrın 5-də baş tutacaq prezident seçkilərində ABŞ Prezidenti Co Baydeni məğlub edəcəyini və daha sonra “Wall Street Journal”ın müxbiri Qerşkoviçi azad etmək üçün Putinlə danışıqlar aparacağını deyib.
“Putin bunu başqası üçün olmasa da, mənim xətrimə edər. Biz bunun qarşılığında heç nə verməyəcəyik”,-deyə o bildirib.
Xatırladaq ki, amerikalı jurnalist Qerşkoviç ötən ilin martında Rusiyada casusluq ittihamı ilə həbs edilib.
“AzPolitika.info”


Şərhlər