Menu

“Putin sülhə hazır deyil” – Makronun atəşkəs təklifi rədd edilir

24.05.2024, 13:58
“Putin sülhə hazır deyil” – Makronun atəşkəs təklifi rədd edilir

Vladimir Putinin tez-tez sülhə hazır olduğunu bəyan etməsinə baxmayaraq, real qərarlara, hərəkətlərə gələndə bunun əksi üzə çıxır.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Putini Fransada keçiriləcək olimpiada dövründə müharibəni dayandırmamaqda ittiham edib. Onun dediyinə görə, Putin sülhə hazır olduğunu bildirsə də, indi konkret təklif gələndə bunu rədd edir.

“The Hill” nəşrinin yazdığına görə, Makron deyib ki, Putinin imtinası bütün dünyaya onun “sülhə hazır olmadığını” göstərir: "Bu, vəziyyəti aydınlaşdırmaq üçün böyük bir məqamdır, çünki indiyə qədər Prezident Putin hər həftə sülhə hazır olduğunu bildirib".

Lakin indi Putinə konkret sülh təklifi olduğu halda o, bunu rədd edir: “Beləliklə, dünyada hər kəsə aydındır ki, məhz o, müharibəyə başlamaq qərarına gəlib və sülhə hazır deyil”.

Makron həmçinin bildirib ki, olimpiada Çinlə əlaqələr qurmaq və sülhə nail olmaq üçün birgə işləmək üçün “çox yaxşı fürsət” ola bilər: "Baxın, mənim üçün atəşkəs son məqsəd deyil. Davamlı sülh son məqsəddir". Makron olimpiada zamanı bu pəncərədən istifadə etməyin çox vacib olduğunu qeyd edib.

Xatırladaq ki, Fransada Olimpiya Oyunları iyulun 26-da başlayacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol