"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi hökumətə sosial sahədə üç proqram təqdim edib".
"Report"xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Hazırda hökumətdə müzakirə edilən 3 proqramımız var. Bunlar məqsədli, sosial müəssisələrinin yaradılması və kvotadan əlavə iş yerlərinin yaradılması proqramlarıdır. Onların müzakirəsi yekun mərhələdədir", - deyə o qeyd edib.


Şərhlər