Menu

Tbilisdə əhali mərkəzi meydana axşır – Növbəti kütləvi etiraz aksiyası başlayır

25.05.2024, 17:01
Tbilisdə əhali mərkəzi meydana axşır – Növbəti kütləvi etiraz aksiyası başlayır

Gürcüstanda vətəndaş cəmiyyəti və müxalifət partiyaları növbəti etiraz aksiyası keçirir.

“AzPolitika” xəbər verir ki, hazırda Tbilisidə etirazçılar Azadlıq meydanına toplaşır və oradan Daxili İşlər Nazirliyinə doğru yürüş etmək niyyətindədirlər.

“Azadlıq marşı”nın iştirakçıları bəyan ediblər ki, onların məqsədi Daxili İşlər Nazirliyinin Gürcüstana xidmət etməyə vəkil edilmiş məsuliyyətli dövlət qurumu olduğunu xatırlatmaqdır.

Son həftələr Tbilisidə “Xarici təsirin şəffaflığı” qanununa qarşı fasiləsiz etiraz aksiyaları keçirilir.

Ölkə prezidenti Salome Zurabişvili qəbul edilmiş mübahisəli qanuna veto qoyub, lakin parlament vetonu aradan qaldırmaq üçün mayın 27-də sessiya çağırmağa hazırlaşır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol