Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə Vüsal Cahangir oğlu Xəlilov 2024-cü ilin may ayından etibarən Bankın baş direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Vüsal Cahangir oğlu Xəlilov 1987-cı ildə Şəki şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
2008-ci ildə Bakı Dövlət Universitetini "İnformatika" ixtisası üzrə bakalavr, 2011-ci ildə isə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcələri ilə bitirmişdir. 2015-ci ildə ADA Universiteti və "Maastricth School of Management" birgə EMBA proqramına daxil olmuşdur. 2017-ci ildə həmin universitetləri Beynəlxalq Biznesin İdarəedilməsi ixtisası üzrə magistr dərəcəsilə bitirmişdir. 2020-ci ildə Kopenhagen Biznes Məktəbinin "Maliyyə Sektorunda Rəqəmsal Transformasiya", 2021-ci ildə isə Harvard Business School-un "Biznes Analizi, Mühasibatlıq və İdarəedənlər üçün İqdisadiyyat" istiqamətlərində xüsusi kurslarda təhsilini davam etdirməklə müvafiq sertifikatlar əldə etmişdir. O, həmçinin 2014-cü ildə Oracle şirkətinin təşkilatın arxitekturası üzrə "OCM" sertifikatına da yiyələnmişdir. 2024-cü ildən İngiltərənin London Metropolitan Universitetində "Tətbiqi Psixologiya" ixtisasını magistr dərəcəsi üzrə təhsilini davam etdirir.
Əmək fəaliyyətinə 2009-cu ildə "ICL" MMC-də texniki mütəxəssis vəzifəsilə başlamışdır. 2010-2011-ci illərdə "İnfosecurity" MMC-də aparıcı veb-proqramçı vəzifəsində çalışmışdır. 2011-2016-cı illərdə "Azercell Telekom" MMC-də İnformasiya Kommunikasiya Texnologiyaları departamentində kiçik proqramçı, proqramçı, aparıcı proqramçı, 2016-2018-ci illərdə isə həmin şirkətdə Məhsul və Xidmətin Yaradılması bölməsinin rəhbəri vəzifələrində çalışmışdır.
2018-2020-ci illərdə "PAŞA Bank" ASC-də Rəqəmsal Laboratoriya departamentinin Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. 2021-ci ilin yanvar ayından 2024-cü ilin may ayınadək həmin bankın Texnologiya blokunun baş direktoru vəzifəsində işləmişdir.
2024-cü ilin may ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Evlidir, üç övladı var.

***
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımova yeni müşavir təyin edilib.
"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Akif Mustafa oğlu Bağırov 2024-cü ilin may ayından Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilib, hazırda həmin vəzifədə çalışır.
Bundan əlavə, Vüsal Cahangir oğlu Xəlilov Mərkəzi Bankın baş direktoru təyin edilib.

Şərhlər
Təbrik edirəm və uğurlarının davamlı olmasını arzulayıram !
bu adam elə ömrü boyu kitab oxuyub. iş təcrübəsi varmı görəsən ? hər oxuyandan molla Pənah olmaz.
Bu kimin qohumu imiş görəsən? Birazdan məlum olacaq.