Menu

Vyana: Azərbaycan və Ermənistan prezidentləri görüşür (YENİLƏNDİ)

19.11.2013, 14:53
Vyana: Azərbaycan və Ermənistan prezidentləri görüşür (YENİLƏNDİ)

Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşü başa çatıb.

APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan “Twitter” səhifəsində yazıb.

“Ermənistan və Azərbaycan prezidentlərinin görüşü başa çatıb, ATƏT-in Minsk qrupu həmsədrləri və hər iki ölkənin nazirləri də görüşə qatılıblar”, - deyə A. Saqatelyan qeyd edib.

Xatırladaq ki, prezidentlərin görüşü barədə razılıq həmsədrlərin noyabrın 4-5-də regiona səfəri zamanı əldə olunub.

İki ölkənin prezidentləri təxminən iki illik fasilədən sonra bir araya gəliblər.

***

Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş başlayıb.

APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə öz “Twitter” səhifəsində Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan yazıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol