Menu

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmayıb - VİDEO

28.05.2024, 15:58
Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmayıb - VİDEO

Ermənistan polisi katolikos II Qaregini Ermənistanın Armavir vilayəti yaxınlığındakı “Sadrarapat” memorial kompleksinə buraxmayıb.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, onu müşayiət edənm şəxslərlə birlikdə kompleksə gələn katolikos giriş icazəsinin olmadığı bildirilib.

Buna səbəb kimi onunla eyni vaxtda Baş nazir Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyan və parlament sədri Alen Simonyanın da bu məkanı ziyarət etməsi göstərilib.

Yerli mediada dərc olunan yazılarda isə bu məsələdə başqa səbəblərin olduğu, həmin olayın II Qareginin əsl peşəsi keşiş olan Baqrat Qalstanyanın siyasi proseslərə qoşulmasında rol oynadığına görə atıldığı bildirilib.

Məqalələrdə II Qaregin ölkənin ruhani ideologiyası və kilsə ənənələrini dağıtmaqda, habelə cəmiyyət arasında düşmənçilik və nifrət toxumları səpməkdə günahlandırılır:

“Qaregin məhz bu cür münasibətə layiqdir. Çünki kilsəni uçuruma məhz onun özü sürükləyib. İndi isə qoy özünün dondurulmuş statusu ilə fəxr etsin”, bildirilir.

Şərhlər

B.Qarabağlı 2024-05-28 17:17:35

Dünyəvi Söz sahibi Media və yazarlarımız nədən, Sərdar-abadı *Sardarabat* adlandırıb? İki əsrlik anti-katolik Griqori qruplaşmasının törəmələri 2ci Qaragenin və Baqratın xatirinəmi? Bir çox tarixi sənədlərimizdə də (latın hərfləri ilə də?) Elimizin yaşayış məntəqələrinin, abidələrinin adları Ana türk dilimizdə deyil, əsasən *ruslaşdırıl*mış, ya *avropalaş*dırılmış ifadələrlə verilib?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol