"Mən hesab edirəm ki, Sülh Sammitinin prezident Baydenə ehtiyacı var, Amerika Birləşmiş Ştatlarının reaksiyasına baxan digər liderlərin ona ehtiyacı var. Onun yoxluğu yalnız Putin tərəfindən alqışlanacaq, özü də ayaq üstə”.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirdiyi mətbuat konfransında söyləyib.
Zelenski Baydenin İsveçrədə keçiriləcək Ukraynaya dair Sülh Sammitinə mütləq qatılmalı olduğunu deyib: "Mən bilirəm ki, Amerika bu sammiti dəstəkləyir, amma siz və mən bilmirik ki, bu dəstək hansı səviyyədədir".
Onun sözlərinə görə, Ukrayna sammitdə Çin, Braziliya və bir sıra Afrika ölkələrinin iştirakı ilə bağlı cavab gözləyir. Zelenski bildirib ki, artıq 90 ölkə iyunda İsveçrədə keçiriləcək Sülh Sammitində iştirakını təsdiqləyib.
Xatırladaq ki, Birləşmiş Ştatlar Sülh Sammitində ölkənin təmsil olunacağını bildirsə də, bu tədbirə konkret olaraq kimin gedəcəyi hələ məlum deyil.
“AzPolitika.info”


Şərhlər