Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov keçmiş həyat yoldaşı Mehriban Eyyubova tərəfindən yenidən məhkəməyə verilib.
“AzPolitika” “Gununsesi.info”ya istinadən xəbər verir ki, Mehriban Eyyubova məhkəməyə iddia ərizəsində keçmiş həyat yoldaşı Anar Məhərrəmovdan tutulan aliment məbləğinin artırılmasını, həmçinin birgə nikah dövründə əldə olunan əmlakların ədalətli bölünməsini tələb edir.
Qeyd edək ki, M.Eyyubova Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı qızıdır.
Onun keçmiş əri Anar Məhərrəmov isə BDU-nun sabiq rektoru, eks-deputat Abel Məhərrəmovun oğludur.
2021-ci ildə boşanan cütlük arasında əmlak davası hələ də davam edir.
Qeyd edək ki, bir müddət əvvəl tərəflər arasında mülkiyyət bölgüsünə görə də məhkəmə çəkişməsi olmuşdu.


Şərhlər
Bunların nəyi çatmırdı ki, boşanıblar.? Sadəcə, harınlayıblar. Ya da vəzifə xatirinə sevgisiz, filansız evlənirlər, bu da son. Ortada uşaqlar yazıq olur. Belə məsuliyyətsizliyin nəticısində saysız-hesabsız atasız, anasız böyüyən və ya ögey uşaqlar ordusu əmələ gəlir,hansı ki, psixoloji sarsıntılar keçirib, həyata hirsli, ədavətli, kinli bir kütlə kimi böyüyur
Millət necə tarac olur, olsun, nə işim var?
Düşmənlərə möhtac olur, olsun, nə işim var?
Millət necə tarac olur, olsun, nə işim var?
Düşmənlərə möhtac olur, olsun, nə işim var?
Qoy mən tox olum, özgələr ilə nədir karım