Menu

SABİQ NAZİRLƏRİN CIDIR DÜZÜ “KEFİ”... - Və Qarayevlə Məmmədyarovu Şuşaya aparan “vətən sevgisi” + VİDEO

31.05.2024, 20:48
SABİQ NAZİRLƏRİN CIDIR DÜZÜ “KEFİ”... - Və Qarayevlə Məmmədyarovu Şuşaya aparan “vətən sevgisi” + VİDEO

Bu gün demək olar, bütün saytlarda və sosial şəbəkələrdə sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov və sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin Cıdır düzündəki görüntüləri yayımlanıb. Kadrlardan görünür ki, ikisinin də necə deyərlər, maşallah, kefi kök, damağı çağ...

Türkiyədən - Bursa və Ankara şəhərlərindən Şuşaya gələn Türkiyə nümayəndə heyətinə təqdim edilən sabiq nazirlərə türkiyəli qonaqların maraq, hörmət dolu səmimi münasibətini anlamaq asandır.

Onlar nə bilsinlər ki, bu nazirlər onların bildiyi əksər türkiyəli nazirlərdən deyil.

Nə bilsinlər ki, onların hər birinin “nazir keçmişi” talanan onlarla milyon dövlət vəsaiti, korrupsiya, rüşvət faktları ilə zəngindir.

Nə bilsinlər ki, onları bu cür yerlərə çəkib gətirən hislər sırasında vətən, torpaq, Qarabağ sevgisi ən son yerlərdədir.

Çünki gerçəkdən vətən sevən olsaydılar, heç də dünyanın ən imkanlı, varlı, sosial təminatlı xalqı olmayan bir xalqın sərvətinə, bərəkətinə, büdcəsinə qənim kəsilməzdilər, onu talamazdılar...

Türkiyəli qonaqlar haradan bilsinlər ki, bu sabiq nazirlərin hər ikisinin rəhbərlik etdikləri nazirliklərdə DTX əməliyyat keçirəndən sonra külli miqdarda büdcə talançılığı, korrupsiya, rüşvət faktları aşkarlanıb. Hər iki nazirlikdə yüksək rütbəli məmurlar, idarə rəisləri, birində isə hətta nazir müavini həbs olunub.

Onlar milyonlarla, on milyonlarla dövlət vəsaitinin “tenderlər”, müxtəlif maliyyə maxinasiyaları və korrupsiya yolu ilə taladıqlarını etiraf ediblər. Azərbaycan reallığından az-çox xəbəri olanlar bu cür cinayətlərin nazirin nəzərindən kənar baş verməsinin mümkünsüz olduğunu, əksinə, məhz onun xeyir-duası ilə baş verdiyini gözəl bilirlər.

Azərbaycan reallığı həm də odur ki, bir nazirliyin az qala yarısı koprrupsiya, rüşvət, talançılıq maddələrilə qısa müddətə də olsa “içəri salınır”, amma nazirlər bu “qovğadan” “aydan-arı, sudan duru” çıxa bilirlər. Onların ən ağır cəzaları isə uzağı vəzifələrindən atılmalarıdır. Sonra da istədikləri yerə gedir, öz bizneslərilə, mülklərilə, var-dövlətlərilə məşğul olurlar. Və heç bir mənəvi diskomfort hissi keçirmədən, əksinə, fəxrlə Cıdır düzünə, Şuşaya qədər gedirlər, oralarda “poz verirlər”. Guya vətəni, torpağı, Qarabağı sevirlər...


Ölkənin ən həlledici, taleyüklü, məsuliyyətli günlərində “evdən işləyən” Məmmədyarov necə “vətənsevərdirsə”, özü 16 il bu ölkənin naziri olsa da, hər iki oğlu illərdir ABŞ-də, özü də milyonlarla dollar qiyməti olan evlərdə yaşayır, nə orduya qatılıblar, nə də Qarabağ uğrunda döyüşüblər. Budur Azərbaycan, Qarabağ sevgisi?

Əbülfəs Qarayev isə başçılıq etdiyi nazirlikdəki talançılığın, büdcə oğurluğunun miqyasına görə “liderlər” sırasında olub. Məmmədyarovun da nazirliyi ondan geri qalmayıb...

“Vətənpərvərlik” talançılıq, rüşvətxorluq deyil. Belə məmurların sadəcə, “halal işləməsi” kifayət edərdi ki, o torpaqlar uğrunda döyüşənlərin, şəhid olanların, yaralananların da haqqı onlara halal edilsin. Amma nə “halal işləyiblər” nə də o torpaqlarda can qoyanların halallığını alıblar...

Cıdır düzü, Şuşa və digər torpaqlarımız uğrunda döyüşənlərin aldığı 80 manat aylıq pensiya Ə.Qarayevin bəlkə də kepkasının qiymətindən qat-qat aşağıdır. Və həmin vətəndaşlarımız oralara gəzməyə, yaylağa, kefə getməmişdilər...

Normal hüquq-mühafizə, məhkəmə sistemi olan ölkələrdə rəhbərlik etdikləri qurumlarda aşkar olunan və rəsmən təsdiqini tapan korrupsiya, talançılıq faktlarından sonra bu adamlar Cıdır düzündə yox, tamamilə başqa ünvanda olmalı idilər. Odur ki, nə Cıdır düzü onlara yaraşır, nə də onlar Cıdır düzünə...

Cəlal Məmmədov

“AzPolitika.info” 






Şərhlər

malik 2024-07-13 23:22:44

elmar məmmədyarovu hətta söymək də olar, çen ki onun Ceyhun Bayramov kimi davamçısı vardır, özü kimi ..... ceyhun bayramov hətta mmaedyarovun dədəsinə rəhmət də oxutdurur

Sadiq 2024-06-08 15:09:24

Bu oğru nazirlər nə üzlə çölə- bayıra çıxıb , hələ bir Qarabağa gedirlər ? Yəqin özlərini gözə soxub , yeni vəzifə arzusundadırlar !

VƏTƏNDAŞ 2024-06-03 08:20:12

Burunlarından gəlsin xalqdan oğurladıqları,ikisi də Azərbaycan dilində danışa belə bilmirlər.

Vətəndaş 2024-06-02 13:50:43

Talançı quldurlar! Milyardları var! Haram xalqın puludur burunlarından irin qan olsun gəlsin

RASIM 2024-06-02 10:51:49

BUNA DEYERLER SUPER

Qulu 2024-06-02 07:41:50

Bunların həyasızlığı ən həddi-hüdudu yoxdur. Bu pozalarla onlar deyir ki, " taladıq, yedik, dağıtdıq və keyfimizi də çəkirik. Alın ha, yana-yana qalın ha!!! Biz toxunulmazlıq! Qanunlar bizlərə aid deyil. Qanunlar xalq üçündür, onları idarə etmək üçündür, onları idarə edənlərə aid deyil."

Məmiş 2024-06-02 07:34:42

Elmar, Əbülfəz, lap elə Səlim Müslümov , Eldar Mahmudov və s. kimi alçaqlara, oğrü və qatı cinayətkarlara görə Azərbaycanın hüquq sisteminə, qanunlarına açıq-aşkar tüpürülür...

Asif 2024-06-02 07:31:02

İsrail rejimi soyqrım törədir

Aslan 2024-06-01 21:07:27

Deməli belələrinə şərait yaradanlar var. Qarabağ uğrunda qəhrəmanlıq göstərənlərin, prezidentin siyasətinə xidmət edənlərin bir çoxu kənarda qalıb, amma Qarabağı erməniyə təhvil verməyə hazır olan belələri indi Cıdır düzündə "at oynadır". Eybi yox, Paşinyan da orada yallı gedirdi. Sonunu hamı gördü.

Roma 2024-06-01 10:32:44

"Maşallah olsun, Vətənin igid, cəngavər oğulları olan Elmara, Əbülfəsə, başçılığ etdikləri nazirliklərdə Dövlətin, Millətin, Xalqın 1 qəpiyinin belə talanmasına yol verməyiblər...övladları da 44 günlük müharibədə öndə gediblər, dəstək veriblər...ata evdən, balalar Amerikadan və digər yerlərdən...indi də Qarabağın dilbər guşələrində, dincəlirlər..."

müəllim 2024-05-31 22:50:29

Cəlal Məmmədov halal olsun sizə!

Rasim Quliyev 2024-05-31 21:33:37

Millət necə tarac olur, olsun, nə işim var?
Düşmənlərə möhtac olur, olsun, nə işim var?
Millət necə tarac olur, olsun, nə işim var?
Düşmənlərə möhtac olur, olsun, nə işim var?
Qoy mən tox olum, özgələr ilə nədir karım?

Mubariz 2024-05-31 20:30:14

Görəsən bu şəkildəki kefkomların hansının övladı müharibədə iştirak edib .Cəfasını yetim-yesir ,səfasını bunlar çəkir ,özüdə acıq verə-verə

Azər 2024-05-31 18:39:52

Niyə bunların büdcə oğurluqlar;ı,,rüşvətləri araşdırılmadı?

Izləyici 2024-05-31 18:30:44

Paxıllıq sizin qanınızdadır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol