Menu

Türkiyə BRİCS-ə qoşulmaq istəyir – Fidan gələn həftə Rusiyaya gedəcək

04.06.2024, 15:04
Türkiyə BRİCS-ə qoşulmaq istəyir – Fidan gələn həftə Rusiyaya gedəcək

Türkiyə BRICS-ə (BRİKS) qoşulmaq istəyir.

“Türkiyə BRICS-ə qoşulmaq istəyir. Bu məsələ birlik nazirlərinin Nijni-Novqorodda keçiriləcək görüşündə müzakirə olunacaq”.

“AzPolitika” xəbər verir ki, belə bir bəyanatla Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edib.

"Əlbəttə, biz BRICS-in üzvü olmaq istərdik. Görək, bu il nəyə nail ola bilərik", - Çin mediası nazirdən sitat gətirib.

Fidan gələn həftə Rusiyada keçirilməsi planlaşdırılan BRICS toplantısına qatılacağını bildirib.

Media yazır ki, bu görüşdə gündəmdəki mövzulardan birinin NATO üzvü Türkiyənin BRICS-ə qoşulma imkanı olacağı gözlənilir.

2006-cı ildə qurulan BRICS hazırda özündə 10 dövləti birləşdirir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (CAR), Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Efiopiya.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol