Menu

BAKIDA 33 YAŞLI VƏZİFƏLİ ŞƏXS DÜNYASINI DƏYİŞDİ - Ölüm səbəbi bilindi + FOTO

04.06.2024, 20:30
BAKIDA 33 YAŞLI VƏZİFƏLİ ŞƏXS DÜNYASINI DƏYİŞDİ  - Ölüm səbəbi bilindi + FOTO

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Ramin Vəlizadə vəfat edib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü R.Vəlizadə Bakıda yaşadığı evdə yatdığı yerdə dünyasını dəyişib. Gənc məmurun yuxuda ikən ürəktutma keçirdiyi və bu səbəbdən dünyasını dəyişdiyi bildirilir.

Ramin Vəlizadə bir müddət əvvəl ürəyindən əməliyyat edilibmiş. Həmçinin bildirilir ki, R.Vəlizadənin yaxın qohumları arasında da qəfil ürəktutmadan vəfat edən bir neçə nəfər olub.

Qeyd edək ki, Ramin Vəlizadə daha əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi vəzifəsini daha əvvəl İnam Kərimov və Vüsal Hüseynov da tutub.

Şərhlər

Rəhim 2024-06-04 16:58:04

Allahdan Rəhmət diləyirəm...çox təəssüflənirəm, evdən yox, eldən gedən oğuldu...Rəhmətliklə həyatımda cəmi bir dəfə qarşılaşmışdım və o, savadı, qabiliyyəti ilə mənim qəlbimdə çox müsbət iz qoydu...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol