Menu

Paşinyanın sözçüsü COP29-da iştiraka dair xəbərlərə münasibət bildirib

06.06.2024, 17:11
Paşinyanın sözçüsü COP29-da iştiraka dair xəbərlərə münasibət bildirib

Ermənistan Baş nazirinin mətbuat katibi Nikol Paşinyanın bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbirində iştirakı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, mətbuat katibi Nazeli Baqdasaryan Nikol Paşinyanın COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcəyinə dair xəbərləri təkzib edib.

“Baş nazir Paşinyanın iş proqramında belə bir səfər planlaşdırılmır”, - mətbuat katibi qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol