Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni aparat rəhbəri təyin edilib.
“AzPolitika” "Manset.az"-a istinadən xəbər verir ki, agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.
Fuad Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır.
“Qafqazinfo”nun əldə etdiyi yeni məlumata görə, Zaur Mikayılov daha bir qudasını özünə müşavir təyin edib.
Belə ki, o, qudası Şirinov Əsəd Əli oğlunu müşavir vəzifəsinə gətirib.

Şərhlər
Qanunlarımıza nəzaərət Qanunu işləmədiyinə görə Nazirliklərdə, Komitələrdə, İcra Hakimiyyətlərində və dövləti idarıələrində özbaşnalıqlar hökm sürməkdə davam edir. Xüsusilə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyində və tabeli strukturlarınada!
BU HAL AZƏRBAYCANDA GENİŞ XARAKTER ALIB.
Allah Heç Xeyir Verməsin !
Agentliyin adını dəyişib QUDAlAR agntliyi qoymaq lazımdır. Bir məsəl də var : Deyirlər utanmasan, oynamağa nə var ki !
SUPER !
Belə biabırçılıq olar?
Belke bobasi cekib, Bakiya shollar suyunu?
Dúzú bu saymamazdiqdi, yani adam deyir men hec kimi vecme almiram ! Elebil dedesinin yeridi ) belkede ele dedesinden qalib bu vezife ?!
Belə halda avtomatik olaraq Ağentliyin adı dəyişərək Dövlət deyil məhz "Zaur və qudalarının Su Ehtiyatları Ağentliyi adlandırılması daha doğrudur. Ağentliyin Qaynat xəttindəki telefon zənglərinə "Qudalar" mahnısını yerləşdirmək daha məqsədə müvafiq olardı. Nanay-nanay ay ninay..Və s.və ilaxır
Nə olsun? ... hər yerdə rüşvət,korrupsiya,büdcə oğurluğu,haqsızlıq hökm sürür.
Bəs qohumların bilavasitə tabeçilikdə işlədiyini qadağan edən qanun niyə işləmir? Niyə korrupsiyaya yol açan bu hal müvafiq qurum tərəfindən araşdırılmır?