Menu

Lavrov Ukraynanın şərqində monitorinqin genişləndirilməsinə qarşıdır

05.12.2014, 19:54

Russian FM Lavrov attends news conference in MoscowRusiyanın xarici işlər naziri Sergei Lavrov Rusiya-Ukrayna sərhəddində monitorinqin genişləndirilməsini vaxtındanəvvəl sayır.

Lavrov ATƏT xarici işlər nazirləri şurasınınBazeldə keçirilən görüşündən sonra mətbuat konfransında deyib ki, ilk növbədə təhlükəsizliyin təmin edilməsi və Ukraynanın şərqində müstəqilliyini elan edən respublikaların nümayəndələrinin təqib olunmayacaqları barədə Minsk razılaşmasının şərtlərinə əməl edilməlidir.

ATƏT-in Parlament Assambleyası bundan əvvəl Ukraynanın şərqindəki müşahidəçi missiyasının tərkibini 500 nəfərədək artırmağa və missiyanın Rusiya sərhəddi boyunca fəaliyyətini genişləndirməyə çağırmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol