Menu

Fələstinin Rusiyadakı səfiri ABŞ-ın Qəzza müharibəsindəki rolundan danışıb

10.06.2024, 11:12
Fələstinin Rusiyadakı səfiri ABŞ-ın Qəzza müharibəsindəki rolundan danışıb

Fələstinin Rusiyadakı səfiri ABŞ-ın Qəzza müharibəsindəki roluna münasibət bildirib.

APA xəbər verir ki, Fələstinin Rusiyadakı səfiri Abdul Hafiz Nofəl bildirib ki, artıq müharibənin doqquzuncu ayıdır və belə məlum olur ki, rəsmi Vaşinqton Qəzzada axan qanı durdurmaq istəmir.

“Biz Qəzza zolağında döyüşlərin doqquzuncu ayındayıq və İsrail üzərində ABŞ kimi tam və mütləq təsirə malik başqa heç bir ölkə yoxdur. Təsəvvür edin ki, hər hansı başqa ölkədə belə bir müharibə aparılsa, bütün dünya təşvişə düşərdi. Vəhşiliklər təkcə Rəfahda deyil, bütün anklavda davam edir”- deyə diplomat bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol