Menu

ABŞ Türkiyədən yardım istəyib – Ankara yazılı zəmanət tələb edib

13.06.2024, 11:32
ABŞ Türkiyədən yardım istəyib – Ankara yazılı zəmanət tələb edib

ABŞ rəsmiləri HƏMAS ilə əlaqə qurmaq üçün Türkiyədən kömək istəyib.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin Ankaradakı səfiri Ceff Fleyk məlumat verib.

O, “ABŞ Türkiyədən atəşkəs danışıqları zamanı HƏMAS liderlərinə bəzi mesajlar verməsini istəyib”, - deyə bildirib.

Türkiyə KİV-lərinin yazdığına görə, atəşkəs üçün böyük səylər göstərən Ankara bu tələbə biganə qalmaylb. Məlumata görə, məsələ ilə bağlı ABŞ və Türkiyə rəsmiləri arasında danışıqlar aparılıb. Lakin Ankara ABŞ-yə bəzi suallar ünvanlayıb. Atəşkəsdən sonrakı dövr üçün ABŞ rəsmilərinə “İsrailin yenidən qırğına və ya hücuma yenidən başlamayacağına kim zəmanət verəcək?” sualını ünvanlayıb. Amerikalı rəsmilərin bu sual qarşılığında “söz veririk” cavabın verdikləri məlum olub. Qeyd olunur ki, HƏMAS və türk rəsmiləri şifahi açıqlamalar yox, yazılı vədlər verilməsini tələb ediblər.

Xatırldaq ki, 7 oktyabrdan davam edən İsrail-HƏMAS qarşıdurmasında 40 minə yaxınlı fələstinli dinc sakin həlak olub.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2024-06-13 12:03:12

Həmas terror təşkilatı üçün 40- min fələstinlinin ölümü heç nədir ,onların məqsədi varlı Ərəb ölkələrindən pul qoparmaqdır ,Həmasla PKK vəya erməni Asalasının nə fərqi var ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol