Menu

PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Bəhruz Bəhramov kimdir? + DOSYE (Yenilənib)

13.06.2024, 21:35
PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Bəhruz Bəhramov kimdir? + DOSYE (Yenilənib)

Azərbaycan Prezidenti İlham Əliyevin 12 iyun 2024-cü il tarixli 165 nömrəli Sərəncamı ilə Bəhruz Fərman oğlu Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə ARDNF-dən məlumat verilib.

Qeyd edək ki, Bəhruz Fərman oğlu Bəhramov 8 aprel 1982-ci ildə anadan olub. 

O 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat fakültəsində təhsil alıb. 2003-2005-ci illərdə Fransanın Nitsa-Sofiya Antipolis Universitetində maliyyə üzrə bakalavr təhsili alıb.

2005-2006-cı illərdə Fransanın Nitsa-Sofiya Antipolis Universiteti, maliyyə üzrə magistr dərəcəsi alıb. 

Bəhruz Bəhramov ARDNF-nin Risklərin idarə edilməsi və İnvestisiya departamentlərində müxtəlif vəzifələrdə, o cümlədən, 2014-2016-cı illərdə Risklərin idarə edilməsi departamentinin direktor müavini, 2016-2020-ci illərdə Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb. O, 2020-ci ildən hazırki tarixədək ARDNF-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edib

Evlidir, bir övladı var.

Şərhlər

Ruslan 2024-07-01 23:50:55

Axı bunun kimliyi barədə heç nə aydın olmadı.Əgər Azərbaycanda iqtisad universitetini bitiribsə,onun Fransada təkrar bakalvr olmasının mənası nə? O əlindəki dipıomla Fransada magistraturaya daxil ola bilərdi.Bir də ki, Fransada bakalavt diplomiu iki il ərzində verilmirru Yaxşı olardı k,onun tərcümryi halı,harada andan olduğu,ata-babasının haradan olduğu,ailə tərkibi və sair göstəriləydi.O zaman yyeni təyin olunanın kimliyi bəlli olatdı.i

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol