Menu

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib - Erməni milyarder də “qara siyahı”ya düşdü

13.06.2024, 19:08
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib - Erməni milyarder də “qara siyahı”ya düşdü

Böyük Britaniya Moskva Birjasına, Milli Klirinq Mərkəzinə və Milli Hesablaşma Depozitarına qarşı sanksiyalar tətbiq edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Britaniya Hökumətin saytında məlumat yerləşdirilib. Xatırladaq ki, bir gün əvvəl ABŞ da oxşar sanksiyalar tətbiq etmişdi.

Məhdudiyyətlər ona görə tətbiq edilib ki, adıçəkilən təşkilatlar iqtisadiyyatın strateji sahələrində Rusiya hökumətinə fayda verməklə məşğul olublar.

Sanksiyalara həmçinin Sankt-Peterburq Birjası, Murmansk LNG, NOVATEK-Murmansk, Rusximalyans, İnqosstrax, Kazan, Tambov Toz Zavodları da daxildir.

“Qara siyahı”dakı şəxslər arasında Moskva Birjasının İdarə Heyətinin sədri Yuri Denisov, “S8 Capital”ın sahibi Armen Sarkisyan və Çeçenistanın keçmiş kənd təsərrüfatı naziri və Danonenin Rusiyadakı törəmə şirkətinin rəhbəri Yakub Zakriyev də var.

Ümumilikdə sanksiya siyahısına yeddi fiziki şəxs və 35 şirkət daxil edilib.

ABŞ sanksiyaları elan etdikdən sonra Moskva birjası iyunun 13-dən dollar və avro ilə ticarətin dayandırıldığını elan edib. Honq-Konq dolları ilə ticarət də ABŞ dollarına bağlandığı üçün dayandırılıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol