Rusiya Federasiyasının “Vahid Rusiya” partiyasının deputatı Aleksey Uzubov İstra şəhəri yaxınlığında avtomobil qəzasına düşüb. Deputatın olduğu "Mercedes" markalı avtomobil qarşıdan gələn avtomobil ilə toqquşub.
“AzPolitika” xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalı qəza anının videosunu paylaşıb.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumatına görə, qəza iyunun 12-də saat 14:10 radələrində rayonun Obuşkovo kəndində baş verib.
“Baza” kanalının məlumatına görə, Ezubova ilkin tibbi yardım göstərilib və o, kəllə-beyin travması ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Deputatın hazırda Krasnoqorsk regional xəstəxanasında müalicə aldığı bildirilir.
“RİA Novosti”-nin mənbəsinin məlumatına görə, ikinci avtomobilin sürücüsü də xəstəxanaya çatdırılıb.
“AzPolitika.info”


Şərhlər