Menu

G7 liderləri İranı ballistik raketləri Rusiyaya ötürməməyə çağırıb

14.06.2024, 21:39
G7 liderləri İranı ballistik raketləri Rusiyaya ötürməməyə çağırıb

İtaliyada keçirilən G7 sammitində iştirak edənlər İranı ballistik raketləri və müvafiq texnologiyaları Rusiyaya ötürməməyə çağırıblar.

"Report" ANSA-ya istinadən xəbər verir ki, bu barədə iclasın yekun bəyanatında bildirilib.

Sənəddə deyilir: “İran Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstəyi dayandırmalıdır, Tehran ballistik raketləri və əlaqəli texnologiyaları ötürməkdən çəkinməlidir”.

G7 liderləri, həmçinin İranı "Yaxın Şərqdə sabitliyi daha da pozarsa" sanksiyaları ilə hədələyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol