Menu

İsveçrədə iki günlük Qlobal Sülh Sammiti başlayır

15.06.2024, 11:41
İsveçrədə iki günlük Qlobal Sülh Sammiti başlayır

Bu gün İsveçrədə 92 ölkə və 8 beynəlxalq təşkilatın iştirakı ilə Qlobal Sülh Sammiti öz işinə başlayacaq. Tədbirdə 57 dövlət və hökumət başçısı olmaqla 100 nümayəndə heyəti iştirak edəcək

“AzPolitika” xəbər verir ki,  “Qlobal Sülh Sammitinin məqsədi Ukraynadakı işğalçı müharibəni dayandırmaq üçün Rusiyaya təzyiq etməkdir.

Sammiti İsveçrə prezidenti Viola Amgerd açacaq.

Ukrayna Prezidenti Volodimir Zelenski dünən axşam İsveçrəyə səfər edib. O, özünün X səhifəsində yazıb ki, Ukraynaya ədalətli və sabit sülh gətirmək kimi ümumi məqsəd ətrafında birləşmiş dünyanın hər yerindən olan ölkələrlə, müxtəlif millətlərlə iki günlük aktiv iş olacaq.

Rusiya bu tədbirə dəvət edilməyib, Çin, Səaudiyyə Ərəbistanı da tədbirə qatılmaqdan imtina edib.

Moskva bu sammitin “heç bir yerə aparmayan yol” olduğunu və heç bir şəkildə sülhün bərqərar olmasına töhfə verməyəcəyini bəyan edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol