Menu

Narışkin ABŞ hərbi bazalarının Ermənistanda yerləşdirilməsi ehtimalından danışıb

17.06.2024, 16:21
Narışkin ABŞ hərbi bazalarının Ermənistanda yerləşdirilməsi ehtimalından danışıb

ABŞ hərbi bazalarının Ermənistan ərazisində peyda olması ehtimalını müzakirə etmək hələ tezdir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib.

"Bu barədə danışmaq hələ tezdir", deyə Narışkin "İrəvanın siyasətindəki dəyişikliklərlə əlaqədar respublikada ABŞ hərbi bazalarının peyda olmasını gözləməyə dəyərmi" sualına cavabında vurğulayıb.

Qeyd edək ki, Ermənistan-ABŞ strateji dialoq görüşünün yekun birgə bəyanatında tərəflərin təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcəkləri və əməkdaşlığın statusunu strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək məqsədi daşıyacağı qeyd olunub.

Şərhlər

za 2024-06-17 19:13:53

narishkin yoxdu ) ysni var amma yoxu

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol