Menu

İranda xəstəxanada yanğın baş verib - Ölənlər və yaralananlar var + VİDEO

18.06.2024, 13:08
İranda xəstəxanada yanğın baş verib - Ölənlər və yaralananlar var + VİDEO

İranın Gilan əyalətinin Rəşt şəhərindəki özəl xəstəxanada baş verən yanğın nəticəsində 9 nəfər ölüb, 15 nəfər yaralanıb.

"AzPolitika" xəbər verir ki, bu barədə yerli KİV-lərə açıqlama verən Gilan Tibb Elmləri Universitetinin prezidenti Məhəmməd Tağı Aşubi yanğın zamanı 250 çarpayılıq xəstəxanada 142 xəstənin, reanimasiya şöbəsində isə 33 xəstənin müalicə aldığını bildirib.

118 xəstənin təxliyə edilərək ətraf xəstəxanalara köçürüldüyünü bildirən Aşubi, həmin xəstələrin müalicəsinin davam etdirilyini bildirib.

Qeyd edək ki, yanğının səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol