Menu

Millimiz FİFA reytinqində bir pillə irəliləyib

20.06.2024, 14:31
Millimiz FİFA reytinqində bir pillə irəliləyib

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) açıqladığı dünya reytinqinə əsasən, Azərbayca millisi bir pillə irəliləyib.

“AzPolitika” xəbər verir ki, portuqaliyalı çalışdırıcı Fernandu Santuşun yetirmələri 1180 xalla 111-ci sırada qərarlaşıb. Millimizin önündəki 3 ölkə - 1184 xala sahib Şimali Koreya, 1194 xallı Qazaxıstan və aktivində 1195 xal olan Keniya milli komandalarıdır.

Qeyd edək ki, FİFA reytinqində ilk 3 pillə dəyişməz olaraq qalıb. Argentina siyahıda birinciliyini qoruyub. Fransa siyahıda ikinci, Belçika isə 3-cü yerdə qərarlaşıb. Türkiyə yığması isə 2 pillə geriləyərək 1493 xalla 42-ci yerdə qərarlaşıb.

Reytinqdə ilk 10-luğa daxil olan ölkələr aşağıdakılardır:

1. Argentina - 1860 xal;

2. Fransa - 1837 xal;

3. Belçika - 1797 xal;

4. Braziliya – 1791 xal;

5. İngiltərə - 1787 xal;

6. Portuqaliya - 1747 xal;

7. Hollandiya - 1746 xal;

8. İspaniya - 1729 xal;

9. Xorvatiya - 1728 xal;

10. İtaliya - 1724 xal.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol