Menu

“F-16”-lar Ukraynaya bu şərtlə veriləcək

20.06.2024, 15:02
“F-16”-lar Ukraynaya bu şərtlə veriləcək

Ukraynaya qarşı işğalçılıq müharibəsinin 3-cü ilində nəhayət, Qərb dövlətləri Kiyevə “F-16”-ların verilməsini ciddiləşdirirlər. Ancaq bunu da müəyyən şərtlərə bağlayırlar.

“AzPolitika” xəbər verir ki, xarici KİV-lər Qərb siyasi dairələrindəki mənbələrə istinadla Ukraynaya “F-16”-ların verilməsi şərtlərini açıqlayıblar.

Xəbərdə qeyd olunur ki, Qərb müttəfiqləri Ukraynaya təhvil verilən “F-16” qırıcılarının yalnız Ukrayna ərazisində və döyüş təmas xəttindən 500 km-dən çox olmayan məsafədə yerləşdirilməsini şərt qoyublar.

Məlumat Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının “F-16”-ların bir hissəsinin xaricdə yerləşdirilməsi ilə bağlı son bəyanatları fonunda ortaya çıxıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol