Menu

Fransa Ukraynaya xəyanətin astanasında - Sağçılar seçkidə qalib gələrsə..

20.06.2024, 15:07
Fransa Ukraynaya xəyanətin astanasında - Sağçılar seçkidə qalib gələrsə..

Fransa Prezidenti Emmanuel Makronun gözlənilmədən növbədənkənar seçki təyin etməsi Parisin Kiyevə dəstəyinin kəskin şəkildə azalması ilə nəticələnə bilər. Hətta bir çox ekspertlər Makronun belə bir gedişatda maraqlı olduğu qənaətindədirlər.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Fransanın Baş naziri Qabriel Attal ifrat sağçıların parlament seçkilərində qalib gələcəyi təqdirdə Ukraynaya hərbi yardımın azalacağını deyib.

Qeyd edək ki, Avropa parlamentinə seçkilərdə qələbə qazanan Fransadakı ultra sağçılar Ukraynaya yardımın azaldılacağına dair bəyanatlar veriblər. Onların növbədənkənar parlament seçkisində də qalib gələcəyi gözlənilir.

Attal xatırladıb ki, sağçıların lideri olan Jordan Bardella bir gün əvvəl baş nazir seçiləcəyi təqdirdə Ukraynanın Fransadan uzaq mənzilli raketlər ala bilməyəcəyini deyib: “Jordan Bardella məsələsində Ukrayna bu gün Rusiyaya qarşı həyata keçirdiyi bəzi müdafiə hərəkətlərini həyata keçirə bilməyəcək”.

Təbii ki, Makron da bu perspektivdən xəbərdardır. Buna baxmayaraq, Fransa başçısının növbədənkənar seçki təyin etməsi Ukarynaya qarşı xəyanətə imza atmaq anlamına gəlir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol