Menu

Azərbaycanda bayram günlərində yol qəzalarında 16 nəfər ölüb

21.06.2024, 11:26
Azərbaycanda bayram günlərində yol qəzalarında 16 nəfər ölüb

Azərbaycanda bayram günlərində baş verən qəzalarda ölənlərin sayı açıqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev məlumat verib.

O bildirib ki, bayram günlərində 28 yol qəzası qeydə alınıb: "Baş verən qəzalarda 16 nəfər həyatını itirib, 23 nəfər xəsarət alıb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol