Menu

Makronun reytinqi tarixi minimuma enib - Partiyası üçüncüdür

22.06.2024, 11:17
Makronun reytinqi tarixi minimuma enib - Partiyası üçüncüdür

Fransa Prezidenti Emmanuel Makronun reytinqi iki turdan ibarət parlament seçkilərinin başlamasına bir həftə qalmış 6 bənd azalaraq tarixi minimuma enib. “AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Son sorğuların nəticələrinə görə, Marin Le Penin ifrat sağçı “Milli birlik” partiyasına dəstək 38%-ə yüksəlib, solçu Yeni Xalq Cəbhəsi isə 29% dəstək alıb. Makronun rəhbərlik etdiyi “Dirçəliş” qrupu cəmi 22% səslə üçüncü yeri tutub.

Xəbər verildiyi kimi, Makron partiyasının Avropa Parlamentinə seçkilərdəki məğlubiyyətindən sonra ölkə parlamentini buraxıb və növbədənkənar parlament seçkiləri təyin edib. Seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.

Onu da qeyd edək ki, Marin Le Pen parlament seçkisindən sonra Makronun istefa verməsi zərurətinin yaranacağını deyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol