Menu

Metronu partlatmaq istəyən “əl-Qaida” lideri öldürüldü

06.12.2014, 14:30
Metronu partlatmaq istəyən “əl-Qaida” lideri öldürüldü

“Əl-Qaida” liderlərindən biri olan Adnan Şükricumax öldürülüb. Musavat.com-un məlumatına görə, bu barədə “Assoşieyted Press” Pakistandakı mənbəyə istinadən xəbər yayıb.

Terrorçunun Pakistanın Şimali Vəziristanda aparılan reyd zamanı məhv edildiyi bildirilir. Onunla birgə daha iki yaraqlı öldürülüb.

FBR-in saytındakı məlumata görə, 27 yaşlı Şükricumax 2010-cu ilin iyulunda Nyu-York metrosunda terror planlaşdırmaqda, həmçinin, ABŞ və Böyük Britaniyaya qarşı “terror qəsdində” ittiham olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol