Rusiyanın Moskva vilayətinin Fryazino elmi şəhərciyində yanğın baş verib.
Məlumata görə, yanğın "Platan" Elmi-Tədqiqat İnstitutunun binasında başlayıb.
Binanın yanan yuxarı mərtəbələrində insanlar əl edərək köməyə çağırıblar. Fövqəladə Hallar Nazirliyin əməkdaşları ininsanları xilas etməyə çalışırlar.
Ancaq artıq Fryazinoda yanan binada doqquz nəfər həlak olub.
İlkin məlumata görə, iki nəfər 6-cı və 7-ci mərtəbələrdən yıxılıb, daha yeddi nəfər dəm qazından boğulub və ya yanıb.
Binanın beşinci, altıncı, yeddinci və səkkizinci mərtəbələri yanmaqda davam edir. Ka-32 xilasetmə vertolyotları hər üç-beş dəqiqədən bir binaya havadan su tökür.
"Yanan binanın daxilində konstruksiyalar aşıb, bunların sahəsi dəqiqləşdirilir. Yanğın sürətlə yayıldığından binanın bütün yuxarı mərtəbələri təhlükə altındadır", - mənbə qeyd edib.
Yanğının sahəsi 4 min kv.m-ə çatıb. Hələ ki onu lokallaşdırmaq mümkün olmayıb. Yanğınla mübarizəyə 100 nəfər cəlb olunub, hadisə yerinə yanğınsöndürən helikopter göndərilib.


Şərhlər