Menu

Naxçıvan “Tibb Müəssisələrinin İdarəetmə Birliyi”nə icraçı direktor təyin olunub

25.06.2024, 13:50
Naxçıvan “Tibb Müəssisələrinin İdarəetmə Birliyi”nə icraçı direktor təyin olunub

“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin icraçı direktoru vəzifəsinə təyinat olub.

"Report"un yerli bürosu xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının Qərarına əsasən, Vüsal Ələkbər oğlu Məmmədov “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin icraçı direktoru vəzifəsinə təyin edilib.

Qeyd olunur ki, V.Məmmədov bu təyinata qədər Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.

O, həmçinin Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsində şöbə müdiri, "Naxçıvansığorta" ASC-də İdarə Heyətinin üzvü və digər vəzifələrdə çalışıb.

Şərhlər

Əliəddin 2024-06-25 15:43:37

By təyinatlar insanlara ZÜLM etməyin insan ağlına gəlməyən metodlarının kəşfinə hesablanıb. Bu gün 1 ədəd Mixtard 30(insulin) almaq üçün 2,5 saat növbədə gözləməli oldum. Yeni idarə başçısı görəsən bu müddəti neçə saata yüksəldəcək. İnsan ləyaqətini alçaltmaq, heçə saymaqla vəzifəli şəxslər ÖZLƏRİNİN də nə qədər alçaldıqlarının fərqindədirlərmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol