Menu

Lerik rayonu ərazisində güclü zəlzələ olub

28.06.2024, 10:11
Lerik rayonu ərazisində güclü zəlzələ olub

28 iyun 2024-cü il tarixində, yerli vaxtlar 07:43-də Lerik stansiyasından 27 km şərqdə Lerik rayonu ərazisində magnitudası 5 olan zəlzələ qeydə alınmışdır.

Bununla bağlı AMEA-nın nəzdində xidmət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilmişdir.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda isə 3 bal gücündə hiss olunmuşdur.

Zəlzələ ocağının dərinliyi 18 km-dir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol