Menu

Şoyqunun “sağ əli” yoxa çıxıb – Xanım generalın xaricə qaçdığı güman edilir

28.06.2024, 14:05
Şoyqunun “sağ əli” yoxa çıxıb – Xanım generalın xaricə qaçdığı güman edilir

Sergey Şoyqunun nazir postundan çıxarılmasından sonra Rusiya Müdafiə Nazirliyində aparılan “təmizləmələr” bəzi yüksək rütbəli şəxslərin “aradan çıxmasına” səbəb olub.

“AzPolitika” xəbər verir ki, Rusiya mətbuatında Şoyqunun “sağ əli” kimi tanınan general Tatyana Şevtsovanın “yoxa çıxdığı” barədə xəbərlər yayılıb. Rusiya xüsusi xidmət orqanlarına yaxın olan “Tsarqrad” nəşri yazır ki, Şevtsovanın Fransaya qaçdığı güman olunur. Onun böyük sərvətə malik olduğu bildirilir.

Xəbərdə qeyd edilir ki, Şevtsovanın adı həbsdə olan general Timur İvanova qarşı cinayət işində hallanır. 2024-cü ilin iyununda Vladimir Putinin göstərişi ilə Tatyana Şevtsova keçmiş nazir Sergey Şoyquya yaxın olan digər müavinlər və generallarla birlikdə vəzifəsindən kənarlaşdırılıb. Onun ictimai məkandan yoxa çıxması rəsmi işdən çıxarılmasından xeyli əvvəl, generallar Timur İvanov və Yuri Kuznetsovun həbsindən dərhal sonra baş verib: “Mənbənin sözlərinə görə, may ayında Şevtsova Müdafiə Nazirliyinin yeni rəhbərliyi dövründə aparılan yoxlamalardan qorxaraq istefa məktubu yazıb”.

“Yuridiçeskaya qazeta”nın məlumatına görə, Şevtsova çox güman ki, işdən çıxarıldıqdan dərhal sonra Fransaya gedib. Bu, rəsmi olaraq təsdiqlənməsə də, təkzib də edilməyib. Nəşr yazıb ki, buna görə “Belousov (Yeni nazir-red.) son dərəcə qəzəblidir”.

Şevtsovanın həbsdə olan digər generallara qarşı istintaqla əməkdaşlıq etdiyi də iddia edilir.

“AzPolitika.info”

Şərhlər

Bəhrimen 2024-06-28 15:17:15

Məncə, Müdafiə Nazirinin beyni Prezidentdir, Sağ-baş Əli (xilaskarı, ya Qatili) XİNdir, 1ci müavini Ştab rəisi, Şevsova olsa-olsa daha nəzirdən də YUXARI vəzifəlinin yaxını ola bilər? Ölkəmizdə Vəzifələr daha SƏHİHdir ki, elə 1796cı ildən Böyük Qardaş Rusiya ilə dəfələrlə məsləhət bircə addım belə atmağa cürət etmirlər!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol