Menu

Si Cinpin Astanaya gedib

02.07.2024, 12:26
Si Cinpin Astanaya gedib

Çin lideri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak üçün Astanaya gedib.

APA-nın “Kazinform”a istinadən məlumatına görə, hava limanında onu Prezident Kasım-Jomart Tokayev qarşılayıb.

Səfər çərçivəsində ikitərəfli danışıqlar və bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, təşkilata üzv ölkələrin Dövlət Başçıları Şurasının 3-4 iyul tarixlərində keçiriləcək sayca 24-cü sammitində tərəflər arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol