Menu

ABŞ Ukraynaya yeni yardım paketi elan edib – Nələr var?

04.07.2024, 12:29
ABŞ Ukraynaya yeni yardım paketi elan edib – Nələr var?

ABŞ Ukraynaya təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün yeni yardım paketi elan edib.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.

Məlumatda yardım paketinin dəyərinin təqribən 2,4 milyard dollar olduğu bildirilib və sözügedən paketə - hava hücumundan müdafiə sistemləri üçün sursat, artilleriya və tank əleyhinə raketlərin daxil olduğu qeyd edilib.

Həmçinin Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) fondlarından istifadə edilməklə, “Patriot” və NASAMS-lar üçün 2,2 milyard dollarlıq sursat yardımının olacağı, bundan əlavə, 150 milyon dollarlıq sursat yardımının nəzərdə tutulduğu bildirilib.

150 milyon dollarlıq əlavə yardım paketinə - “HAWK” hava hücumundan müdafiə sistemi və HIMARS raketləri, 155 və 105 millimetrlik artilleriya mərmiləri, “Javelin” və “AT-4” kimi sursatların, tank əleyhinə silahlar və idarə olunan “TOW” raketlərinin daxil olduğu vurğulanıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol