Menu

TFF Merih Demirala 2 oyunluq cəza verilməsinə dair məlumatı təkzib edib - YENİLƏNİB

04.07.2024, 23:31
TFF Merih Demirala 2 oyunluq cəza verilməsinə dair məlumatı təkzib edib - YENİLƏNİB

Merih Demiral UEFA tərəfindən 2 oyunluq cəza verilməsinə dair yayılan xəbərlər həqiqəti əks etdirmir.

APA “NTV Spor”a istinadLA xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, UEFA-nın Merih Dəmiralla bağlı araşdırması davam edir.

***

Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərən Türkiyə yığmasının üzvü Merih Demiralın cəzası açıqlanıb.

"Report" "Bild"ə istinadla xəbər verir ki, 26 yaşlı futbolçu 2 oyunluq diskvalifikasiya olunub.

UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı.

Qeyd edək ki, "ay-ulduzlular" iyulun 6-sı, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol