“AZƏRBAYCAN STRATEJİ SEÇİM ASTANASINDADIR” – “Orduda təmizlik və milliləşmə siyasəti aparılmalı, əsas şüarsa “Bir millət, bir ordu” olmalıdır”

Milli siyasət üzrə ekspert Sülhəddin Əkbər “AzPolitika”-ya müsahibəsində iyulun 2-də Azərbaycanla Çin Xalq Respublikası arasında imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsinin əhəmiyyəti, regionda və dünyada gedən proseslər, perspektivdən gözləntilər barədə sualları cavablandırıb.

Müsahibəni oxuculara təqdim edirik.

- Sülhəddin bəy, dünyadakı geosiyasi proseslər elə bir məcrada inkişaf edir ki, Azərbaycan Çin Xalq Respublikası kimi dünyanın iki supergücündən biri ilə Srateji Tərəfdaşlıq Bəyannaməsi imzaladı. Bu hansı anlama gəlir, Bakı geosiyasi seçimini etdimi?

- Oxucularımız üçün aydın olsun deyə, hər zaman olduğu kimi, məsələyə geniş prizmadan baxmağın tərəfdarıyam. Birincisi, dünyada yeni nizam quruculuğu prosesi gedir və bu, həlledici mərhələyə daxil olub. ABŞ liderliyindəki Kollektiv Qərb təkqütblü yeni dünya düzəni qurmaq istəyir və bunu siyasi-mədəni əsasa oturtmağa, yəni demokratiya, insan haqları, qanunun aliliyi əsasında etməyə çalışır. ABŞ-nin yeni dünya nizamı quruculuğu ilə bağlı gedən qlobal prosesə baxışı belədir ki, hazırda dünya demokratik və anti-demokratik olmaqla iki düşərgəyə, qütbə ayrılıb, bir də neytral mövqe tutmağa çalışan, geopolitik tərəf seçmək istəməyən Qlobal Cənub var. ABŞ başda olmaqla demokratik Kollektiv Qərblə Çin başda olmaqla anti-demokratik Şərq arasında Qlobal Cənub və bura daxil olan ölkələr uğrunda mübarizə gedir. Məsələnin geopolitik tərəfi budur. Geostrateji tərəfinə gəlincə, NATO və Ukraynada gedən savaşa görə 50-dən çox ölkənin iştirakı ilə formalaşmış bir koalisiya – Ramştayn koalisiyası var. NATO qloballaşma yolunda addımlar atır. Hind-Sakit okean ölkələrindəki tərəfdaşlarını da bu blokla sıx inteqrasiyaya cəlb etmək istəyir. İndi qarşıdan gələn Vaşinqton sammitində də biz bunun şahidi olacağıq. Mən burada Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zellandiyanı nəzərdə tuturam.

- Bəs Rusiya?

- Rusiyaya gəlincə, o, burada geostrateji plan üzrə özünün liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə hərəkət edir. Çin isə geostrateji planda hərbi bloklara qoşulmamaq yolunu tutub, amma əsas qayəsi regional və qlobal təhlükəsizliyin təmin olunması, qlobal sülh, sabitlik və təhlükəsizliyə dəstək verilməsi olan Şanxay Əməkdaşlıq Təşkilatına liderlik edir. Burada hərbi komponent olmasa da, təhlükəsizlik komponenti, xüsusən də terrorla mübarizə, separatizmə, ekstremizmə, narkotiklərin qanunsuz dövriyyəsinə, transsərhəd cinayətlərinə qarşı birgə mübarizə əsas tutulur. Çin və Rusiya çalışır ki, Qlobal Cənuba daxil olan ölkələri Şanxay Əməkdaşlıq Təşkilatına və KTMT-yə (əsasən postsovet ölkələrini) cəlb etsinlər. Bu, məsələnin geostrateji tərəfidir. Geoekonomik tərəfinə gəlincə, bilirsiniz ki, geopolitik, geostrateji, geoekonomik, geokültürəl proqramlar vahid bir planın tərkib hissəsidir, yəni, bunlar bir-birini tamamlayır. Hazırda dünyada bu qütblər, düşərgələr arasında ticarət, nəqliyyat, logistika yolları uğrunda mübarizə gedir. Çin 2013-cü ildən "Bir kəmər, bir yol" proyekti ilə hərəkət edir. ABŞ isə burada proaktiv yox, reaktiv davranır, Çinin "Bir kəmər, bir yol" strategiyasına qarşı regionlarda alternativ nəqliyyat, ticarət və iqtisadi dəhlizlər, yollar və marşrutlar irəli sürür. Məsələn, bunlardan biri Hindistan-Yaxın Şərq İqtisadi Dəhlizidir. Digəri NATO müttəfiqi Türkiyənin irəli sürdüyü "Kalkınma yolu" layihəsidir. Bu yolun Bəsrə körfəzi, İraq üzərindən Türkiyəyə və oradan da Avropaya getməsi nəzərdə tutulur. Hindistanın dəstəklədiyi, ABŞ-nin də buna ilk vaxtlar dəstək verdiyi Cənub-Şimal yolu layihəsi isə İran, Ermənistan, Gürcüstan və Qara dəniz üzərindən Avropaya gedən yoldur. Rusiyanın dəstəklədiyi Şimal-Cənub yolu da Rusiya, Azərbaycan və İrandan keçir. Çinin "Bir kəmər, bir yol" layihəsinin üç qolu var. Şimal qolu Rusiyadan, orta yol Türküstandan, Mərkəzi Asiya və Cənubi Qafqazdan, Cənub qolu – dəniz yolu isə Sakit okeandan başlayır, Malakka boğazından keçib Hind okeanına çıxır, oradan da Qırmızı dənizdən və Süveyş kanalından keçərək Aralıq dənizinə gedir. İndi Çindən başlayan bu yolun Şimal və Cənub qolları üzərində müharibə, münaqişə və problemlər yaranıb. Şimalda Ukraynaya təcavüzünə görə Rusiyaya sanksiyalar tətbiq olunub, Cənubda isə Husilərə görə Qırmızı dəniz demək olar ki, bağlanıb.

- Gələk Azərbaycanın seçiminə…

- Bilirsiniz ki, Azərbaycan fərqli inkişaf yolu tutub. Ümumiyyətlə Cənubi Qafqazdakı 3 ölkənin hər birinin fərqli mövqeləri var. Formal olaraq Gürcüstan demokratik inkişaf yolu tutub, Avropa Birliyi, NATO-ya üzv olmağa çalışır və bu prosesi aparır. Baxmayaraq ki, İvanişvili hakimiyyəti faktiki olaraq fərqli mövqedədir. İvanişvili hakimiyyətə gəldikdən sonra Gürcüstan siyasətində ikiləşmə yaranıb. Formal və faktiki aparılan siyasət bir-birindən ayrılıb. Sizin verdiyiniz sualın cavabı da məhz buradadır. Gürcüstanın faktiki siyasəti ABŞ, Qərb, NATO, Avropa Birliyi ilə ehtiyatlı siyasət aparmaqla, Rusiya və Çinlə yaxınlaşmaqdır. Burada İvanişvili faktoru həlledicidir. Onun öz şəxsi və biznes maraqları var. İvanişvili belə hesab edir ki, Qərb ona qarşı xüsusi kampaniya aparıb, səhv etmirəmsə, iki milyard dollar pulunu da dondurub. İvanişvili indi biznes fəaliyyətini daha çox Rusiya, xüsusən də Çinlə qurmaq istəyir.

- Ötən ilin 28 iyununda Gürcüstan Çinlə Strateji Tərəfdaşlıq bəyannaməsi imzalayıb…

- Çinlə strateji tərəfdaşlıq da bu səbəbdən ortaya çıxıb. Ermənistana gəlincə, burada vəziyyət əksinədir. Ermənistan formal, leqal olaraq Avrasiya İqtisadi İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü və Rusiyanın hərbi-siyasi müttəfiqidir. Faktiki olaraq isə tam tərsinə Rusiyadan, KTMT-dən uzaqlaşıb, ABŞ, Böyük Britaniya, Avropa Birliyi, NATO ilə yaxınlaşma yolu tutub. Azərbaycana gəlsək, o həm formal, leqal olaraq, həm də faktiki olaraq açıq şəkildə Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və NATO-dan məsafəli siyasət yürüdür. Hər fürsətdə, yeri gəldi, gəlmədi "Avropa Birliyi, NATO-ya üzv olmaq niyyətimiz yoxdur" bəyanatları səsləndirir. Axır vaxtlar da deyilir ki, "Biz istəsək də, bizi ora qəbul etməzlər". Yeganə bizim fiksasiya olunmuş formal, leqal ittifaq münasibətlərimiz qardaş Türkiyə ilədir. Bunun da çox konkret səbəbi var: İkinci Qarabağ savaşında qardaş Türkiyənin Azərbaycana və Azərbaycan türkünə verdiyi birmənalı dəstək. 2021-ci ilin 15 iyununda Türkiyə ilə Şuşa Bəyannaməsini imzalamışıq. Ardınca Rusiyanın Ukraynaya təcavüzündən iki gün öncə, 22 fevral 2022-ci ildə isə Rusiya ilə Moskva Bəyannaməsi imzalanıb…

- Bu üç sənədi birləşdirən və ayıran əsas məqamlar hansılardır?

- Türkiyə və Rusiya ilə imzalanmış bəyannamələrlə bağlı, “Sənədlərdə müəyyən fərqlər var” desələr də, formal olaraq hər ikisi ittifaq müqaviləsidir, beynəlxalq hüquq baxımından da hər ikisi eyni statusdadır. Burada Azərbaycan Türkiyə ilə Rusiya arasında balans yaradır. Məsələn, müdafiə sahəsində deyilir ki, "biz Azərbaycanda türk ordusunun kiçik modelini qurmaq istəyirik". Amma digər sahələrə baxdıqda Rusiyaya üstünlük verildiyini görürük. Bu, humanitar sahədə və bununla bağlı olaraq digər sahələrdə özünü daha açıq-aydın şəkildə biruzə verir.

- Söhbət rus dilinin inkişfını dəstəkləməkdən gedir?...

- Bəli. Heç bir Azərbaycan vətəndaşının, vətənpərvərinin, millətsevərinin qəbul etmədiyi səviyyədə rus dili arealının məqsədyönlü şəkildə genişləndirilməsi yaratdığı və yaradacağı digər problemlərlə birlikdə, eyni zamanda rus kəşfiyyatı üçün potensial bazanın yaradılması deməkdir. Bundan artıq nə böyük güzəşt ola bilər? Potensial olaraq Azərbaycanda sosial-mədəni ayrılıq, düşərgələşmə və qütbləşmə üçün şərait yaradılır, zəmin hazırlanır. Yəni Azərbaycanda türkdilli və rusdilli düşərgələr formalaşdırılır. Bu da məlum olduğu kimi, rus xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Son zamanlar rus dili məsələsi tez-tez gündəmə gətirilir, vurğulanır. Çünki rus dili faktoru, “rusdilli” və “rus dünyası” anlayışı rus kəşfiyyatının, təhlükəsizlik, müdafiə, siyasi qüvvələrinin əsas xarici müdaxilə alətidir. İndi bizdə təxminən deyilir ki, 340 rus məktəbi, 150 min rus dilində təhsil alan, 800 min isə ikinci dil kimi rus dilini seçən şagird var. Rusiya da bundan çox məmnundur. Çünki bu, Rusiyanın əsas tələblərindən biri olub onun milli, xarici siyasət maraqlarına xidmət edir. Dəfələrlə də qeyd etmişəm ki, bu yolverilməzdir. Mən bunu dərin düşmənçilik hesab edirəm. Rus dili Rusiyanın dərin düşmənçilik alətidir. Ukrayna başda olmaqla Putin Rusiyasının birbaşa və ya dolayısilə müdaxilə etdiyi ölkələrə baxın. Əsas müdaxilə aləti, bəhanəsi nədir?! Rus dili, “rusdillilər” və “rus dünyası” amili, rus dilinin və “rusdillilər”in sıxışdırılması, “rus dünyası”nın birliyi və s.

Digər tərəfdən, gəlin Rusiyadan və Türkiydən gələn məhsullara tətbiq olunan gömrük tariflərinə baxaq. Biz əgər gerçəkdən də Türkiyə ilə qardaş və strateji müttəfiqiksə, niyə bu günə kimi bizim aramızda gömrük ittifaqı müqaviləsi, sərbəst ticarət anlaşması, vahid bazar yoxdur? Bu istiqamətdə niyə bir addım atılmır? Ən azı ictimai sferada bu barədə məlumat yoxdur. Deyə bilərlər ki, hansısa qapalı danışıqlar gedib və ya gedir. Mən bunu deyə bilmərəm. Yeganə məlum olan budur ki, siyahı üzrə hansısa mallar gömrük güzəştinə tabe tutulur.

- Əsasən dövlət xətti ilə gələn mallardır…

- İqtisadçı olmadığım üçün bu məsələnin detallarına girmək istəmirəm. Qeyd etdiyim kimi, Azərbaycan Kollektiv Qərbdən birmənalı, həm formal, həm də faktiki olaraq uzaq durur. Kollektiv Qərbin bir parçası, NATO üzvü, AB üzvlüyünə namizəd, onunla gömrük ittifaqında olan Türkiyə ilə münasibətlərin vəziyyətini də qeyd etdim. Müdafiə və investisiya sahəsində Türkiyə ilə münasibətlərin inkişafına normal və məqbul yanaşılır. Lakin onu da qeyd edim ki, əgər ordu quruculuğu strateji proyekt olaraq türk modeli üzrə aparılırsa, onda bu özünü kadr siyasətində, xüsusən də rəhbər kadrların təyinatında da göstərməlidir. Çünki komanda, idarəçilik, nəzarət və islahatlara rəhbərliyi də məhz onlar həyata keçirməlidirlər. Bir sözlə, orduda təmizlik və milliləşmə siyasəti aparılmalı, əsas şüarsa “Bir millət, bir ordu” olmalıdır.

- İndi gələk Çinlə imzalanan bəyannaməyə…

- Deyə bilərsiniz ki, Azərbaycan bu günədək Qərbdən uzaq durduğu kimi, Rusiya liderliyindəki Şərqdən də uzaq durub, nə KTMT-yə, nə də AİB-nə üzv olub. Amma indi vəziyyət dəyişib. Əvvəla, Şərqdə liderlik artıq Rusiyada deyil, Çindədir. İndi Azərbaycanın Çinin rəhbərlik etdiyi Şərqə yaxınlaşmasını görürük. Azərbaycanın atdığı addımlar geopolitik, geostrateji, geoekonomik, siyasi-mədəni mövqe və inkişafla bağlıdır. Azərbaycan indi ABŞ rəhbərliyində Kollektiv Qərbdən uzaq durur, Rusiya ilə Türkiyəni balanslaşdırır, hər ikisi ilə də müttəfiqlik sazişi bağlayır. Amma Rusiyanın rəhbərlik etdiyi kollektiv qurumlardan da uzaq durur. Bununla birlikdə, indi Yeni Şərqin yeni lideri ilə - Çinlə strateji münasibətlər qurmağa başlayır. Sizin adını çəkdiyiniz bəyannamənin son maddəsinə baxın, orada hər şey mənim bu izahatlarımı tamamlayır. Son bənddən aydın olur ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında öz hüquqi statusunu yüksəltmək, BRİCS-ə isə üzv olmaq istəyir. İndi mən sual verirəm: Şanxay Əməkdaşlıq Təşkilatının və BRİCS-in lideri kimdir?

- Əlbəttə, Çin...

- Bəli, Azərbaycanın strateji seçimi ilə bağlı olan bu istəklərini dəstəkləyən və alqışlayan Çindir. İndi aydındı bu bəyannamə hardan ortaya çıxır? Yəni Azərbaycan (müxtəlif məqsədli və səviyyəli olsa da) Türkiyə, Rusiya və Çinlə birgə hərəkət edir. Rusiya və Çin başda ABŞ olmaqla kollektiv Qərblə qarşıdurmada olan dövlətlərdir. Türkiyə isə faktiki olaraq NATO, eyni zamanda Ramştayn koalisiyasının üzvüdür, Avropa Birliyinə üzvlüyə namizəddir, yəni kollektiv Qərbin bir parçasıdır. Bununla birlikdə, Qərblə problemləri olan bir ölkədir. Hazırda strateji deyil, operativ-taktiki siyasi müstəvidə baxsaq, qiymətləndirmək çətindir ki, Türkiyə indi Rusiya və Çinlə daha yaxın münasibətlərdədir, yoxsa ABŞ ilə, başda ABŞ olmaqla kollektiv Qərblə? Yəni burada siyasi münasibətlərə də, enerji, nəqliyyat, logistika və müəyyən təhlükəsizlik, terrorizmlə mübarizə məsələlərinə də baxa və müqayisə edə bilərsiniz. Bəyannamənin sonuncu bəndi həm də Azərbaycanın strateji seçimini, daha dəqiq desək, strateji niyyətini və seçim astanasında olduğunu göstərir.

- Azərbaycan birmənalı şəkildə seçimini edir?

- Azərbaycan dünyada, uzaq və qonşu regionlarda, təbii, həm də öz regionunda gedən geopolitik, geostrateji, geoekonomik və siyasi-mədəni proseslərin inkişafını izləyərək addımlar atır. Əgər Rusiya-Ukrayna savaşında, Qəzzada, İsrail-İran münasibətlərində bugünkü qeyri-müəyyən vəziyyət yaranmasaydı, Kollektiv Qərb qətiyyətli davransaydı, böyük ehtimalla biz Çin ilə Azərbaycan arasındakı bu Bəyannamənin, xüsusən də bu formada imzalanmasını görməyəcəkdik. Azərbaycan indi Türkiyə ilə birlikdə Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərafdaşdır. Təşkilatdakı mövqeyini gücləndirmək istəyirsə, müşahidəçi status almalıdır. Bu, üzvlükdən öncəki statusdur. Bilirsiniz, müşahidəçi kimi 3 ölkə - Belarus, Monqolustan və Əfqanıstan var idi. Bu gün artıq Belarus üzv qəbul olunub. Yəqin ki, növbəti mərhələlərdə də Monqolustan və Əfqanıstan qəbul ediləcək. Yəni Azərbaycan istəyir ki, o statusa keçsin və Belarusun yerini tutsun. Yeri gəlmişkən, Azərbaycanın bu yolu tutmasında Belarusun, Lukaşenkonun rolu az olmayıb. BRİCS-ə isə üzv olmaq istəyirik.

- Çin də dəstəkləyir bunu…

- Bəli, dəstəklədiyini bildirib. Bu, Bəyannamənin son bəndində təsbit olunub.

- Azərbaycan kiçik ölkədir. Amma Çin iki supergücdən biridir və bütün dünyada və bizim regionada maraqları var. Sənəddə Azərbaycan üçün hansısa təhlükəli məqamlar varmı?

- Sənədi oxumuşam, ancaq öyrənməmişəm. Oxumaq başqadır, öyrənmək, analiz etmək, qiymətləndirmək başqa. Burada ilk baxışda diqqətimi cəlb edən, eyni zamanda məni qayğılandıran və narahat edən birinci məsələ sənədin dilinin çox qətiyyətli olmasıdır. Bu, sənədin nə qədər səmimi istəklə hazırlandığını göstərir. İkincisi məsələ ucuz və keyfiyyətsiz Çin mallarına kiçik Azərbaycan bazarının qapılarının açılmasının asanlaşdırılmasıdır. Təsəvvür edirsiniz, bundan sonra necə bir vəziyyət yaranacaq? Yəni mən anlamıram ki, nisbətən keyfiyyətli və münasib qiymətli Türkiyə mallarına Azərbaycan niyə belə bir şərait yaratmır? Üçüncü məsələ birtərəfli (!) qaydada çinlilərə bir illik (!) vizasız rejimin tətbiq edilməsi, Azərbaycanın kiçik və təzyiq altında olan əmək bazarının 1,4 milyarddan çox əhalisi olan nəhəng Çinə açılmasıdır. Hələlik ölkəyə vizasız gələcək çinlilərin statusunun necə olacağı bizə bəlli deyil. Yəqin ki, ayrıca protokol olacaq, orada onların hüquqi statusu müəyyən ediləcək. Dördüncü məsələ Azərbaycanda Konfutsi institutlarının və Çin mədəniyyət mərkəzlərinin açılmasının nəzərdə tutulmasıdır. Beşinci, ən başlıca məsələ isə bu sənədin imzalanmasının zamanı (yeni dünya nizamı quruculuğunun həlledici mərhələdə olduğu, geopolitik, geostrateji qeyri-müəyyənliyin sürdüyü bir vaxtda), Azərbaycanın strateji seçim astanasında olduğunu göstərməsidir.

- Biz yuxarıda Rusiyanın müdaxilə imkanlarından danışdıq. Burada Çinin əsas xarici müdaxilə aləti nə ola bilər?

- Müasir Çinin əsas alətləri iqtisadi-ticarət yolu ilə, investisiyalar qoymaqla, böyük iqtisadi-ticari-nəqliyyat dəhlizləri açmaqla genişlənmək, yayılmaqdır. Ucuz kreditlər verməklə, investisiyalar yatırmaqla ölkələri özünə bağlayır, asılı vəziyyətə salır. Məsələn, Afrikada bu siyasəti aparır. Azərbaycan da yəqin ki, istisna təşkil etməyəcək. İlk növbədə, ölkəmizin quru, dəniz və hava nəqliyyat-logistika infrastrukturuna, təbii ehtiyatlarının istismarına diqqət edəcəkləri, əmtəə və əmək bazarına girişəcəkləri, ölkəmizə ucuz işçi qüvvəsi gətirəcəkləri gözləniləndir. Onsuz da Azərbaycanda məşğulluq böyük bir problemə çevrilib. Təsəvvür edin ki, ucuz işçi qüvvəsi kimi Çin Azərbaycanın əmək bazarını doldurandan sonra necə bir vəziyyət yaranacaq? Tədricən də, bütün kanalllardan istifadə edərək, kəşfiyyat və təhlükəsizlik sahəsində “şəbəkə quracaq”, “sızacaq” və “irəliləyəcək”. Burada elm, təhsil, mədəniyyət və humanitar sahəni də unutmayacaq.

Mən Türkiyənin də bundan narazı olduğunu, eyni zamanda Rusiyanın da məmnun olmayacağını düşünürəm. ABŞ başda olmaqla, Kollektiv Qərb isə bundan heç məmnun deyil. Bu günə qədər əgər Azərbaycan özünü dinamik dəyişən geopolitik situasiyada yüksək manevr qabiliyyəti olan bir dövlət kimi aparırdısa, bundan milli maraqların təmin olunması üçün istifadə olunurdusa, bundan sonra artıq tədricən problemlər yaranmağa başlayacaq.

- Astanada Türkiyə ilə Çin arasında da tərəfdaşlıq sazişi imzalandı. Türkiyə də prinsipcə Çinlə iqtisadi, humanitar yaxınlığını genişləndirmək istəyir. Bu yaxınlarda Hakan Fidan Çində səfərdə oldu, uyğur türklərinin yaşadığı yerləri ziyarət etdi. Azərbaycanın burada ümumi yanaşmasını necə görürsünüz?

- İlk növbədə nəzərə almalıyıq ki, Türkiyə ilə Azərbaycan arasında bir sıra ciddi fərq var. Birincisi, Türkiyə orta böyüklükdə dövlət olsa da, öz qlobal geopolitik iddiası, qlobal layihəsi (TDT onun görünən üzüdür) və qlobal oyunqurucu olmaq iddiası olan güclü bir dövlətdir. İkincisi, Türkiyə öz strateji seçimini uzun illər bundan öncə ABŞ başda olmaqla kollektiv Qərbdən yana edibdir. NATO üzvü olub, AB ilə gömrük ittifaqı qurub, ittifaq üzvlüyünə israrlı namizəddir. Üçüncüsü, Türkiyənin RF və Çinlə ikitərəfli münasibətlər qurması ona həm ABŞ, BB, AB və NATO ilə danışıqlarda, həm də öz qlobal strategiyasını həyata keçirməkdə (nə qədər riskli olsa da) çox böyük manevr alanı açır və imkanı verir. Dördüncüsü, o, RF və Çinlə danışıqlara “əli güclü”, kollektiv Qərbin bir parçası olaraq gedir. Bir sözlə, onu Azərbaycanla müqayisə etmək, ən azı bu baxımlardan, doğru deyildir. Bu səbəblərə görə Türkiyənin məsələyə yanaşması ilə Azərbaycanın yanaşması arasında köklü fərq vardır.

Əgər bu addım – Çinlə strateji tərəfdaşlığın qurulması öz strateji seçimini çoxdan etmiş Türkiyə üçün qeyd etdiyim məqsədlərə, o cümlədən öz qlobal geopolitik proyektini reallaşdırmağa xidmət edirsə, Azərbaycan üçün öz strateji seçimi ilə bağlı atılan bir addım olduğunu düşünürəm. Mən düşünürdüm ki, Azərbaycan İkinci Qarabağ savaşından, xüsusən də antiterror əməliyyatlarından sonra artıq müdafiə və təhlükəsizlik sahəsində əsas problemini həll etdiyinə, həyati müdafiə marağını təmin etdiyinə görə artıq daxili siyasətin demokratikləşməsinə, iqtisadiyyatın liberallaşmasına, sosial və hüquqi sferanın adilləşməsinə və humanistləşməsinə çalışacaq, bu yöndə əsaslı addımlar atılacaq, hərtərəfli demokratik islahatlar başlayacaq. Amma mən əksini görürəm. Azərbaycan iqtidarı yaranmış vəziyyətdən hakimiyyətin daha da möhkəmləndirilməsi yolunu seçib. Azərbaycan Avropa Birliyi, NATO ilə yaxınlaşmaq, alyansın üzvü olan qardaş Türkiyə ilə strateji müttəfiqliyə hərtərəfli və dərin real məzmun vermək əvəzinə ŞƏT-ə müşahidəçi statusu almaq, BRİCS-ə üzv olmaq istəyir. Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında başlıca strateji məqsədi nə elan olunur? Avro-Atlantik məkana inteqrasiya! İndi isə biz tam tərsinə gedirik.

- Biz Ermənistanın regionda ABŞ, Avropa İttifaqı və eyni zamanda Hindistanla hərbi-siyasi əlaqələrini dərinləşdirdiyini görürük. Bu ölkələr Ermənistanı silahlandırır. Hindistan və Çin isə dünyada geosiyasi rəqabətdə olan iki böyük nüvə dövlətidir. Sizcə, Azərbaycan Çin seçimində Hindistanın Qafqazdakı Qərb koalisiyası və Ermənistana dəstək verməsi amili də rol oynaya bilərmi?

- Əgər mənim artıq qeyd elədiyim xüsusi məsələlər, nüanslar olmasaydı, yenicə imzalanmış sənəddə Çinin açıq basqısı, üstün mövqeyi görünməsəydi, sizin qoduğunuz bu məsələ diskusiyalıq ola bilərdi. Burada söhbət millətimizin gələcək inkişaf yolundan, Azərbaycan türklərinin inkişaf perspektivindən gedir. Əgər bu millətimizin və dövlətimizin inkişaf perspektivi ilə bağlı məsələ olmasaydı, məni bu qədər narahat eləməzdi.

Bu gün biz Rusiya ilə Türkiyə, Çin ilə Hindistan arasında balans yaratmağa çalışırıq. Amma maraqlıdır, bu böyük güclər sabah öz aralarında balans yaratmağa çalışan zaman biz harada olacağıq? Azərbaycan elə böyük dövlət deyil ki, geopolitik oyun qura bilsin. Türkiyə belə hələ təzə-təzə geopolitik oyun qurmağa çalışır. Əsasən oyun pozucu mövqedən çıxış edir, buna gücü də var. Azərbaycan isə təkbaşına ancaq reaktiv mövqe tuta bilər.

- Bu seçimin geoiqtisadi səbəbləri də var. Azərbaycan Çinin "Bir kəmər bir yol" layihəsini dəstəkləyir. Ötən ayın sonunda ABŞ-dən gələn Dövlət katibinin müavini Ceyms O"Brayn bildirdi ki, Qafqazda sülh olmalıdır, bu, nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və Qərbin strateji maraqları üçün önəmlidir. İndi Çinlə tərəfdaşlıq Bəyannaməsindən görürük ki, Azərbaycan bu qlobal qrşıdurmada seçimini Qərbdən yana etməyib. Gürcüstanla da Qərb arasında bu konteksdə bir münaqişə var. Sizcə Qərbin buna reaksiyası necə olacaq?

- Əvvəl sizə deyirdim ki, zaman gələcək Azərbaycan seçim etməli olacaq. Artıq seçimlərini etməyə başlayıb. Narahatlığım artır, getdikcə cəmiyyətdə də narahatlıq yaranacaq. Ola bilsin ki, cəmiyyət hələ bunu görmür. Əsas məsələ odur ki, strateji müttəfiqimiz olan Türkiyə ilə də bir sıra istiqamətdə və ya sahədə maraqlarımız, mövqelərimiz ya ziddiyyət təşkil etməyə, ya da arada fərqliliklər yaranmağa başlayıb. Belə ki, Türkiyə demokratik ölkədir, demokratik dünyanın, kollektiv Qərbin bir parçasıdır. NATO-nun “açıq qapı siyasəti”ni dəstəkləyir, bu gün NATO-nun Rusiyadan müdafiəsi planına görə, alyansın cənub cinahının (Qara dəniz, C.Qafqaz) müdafiəsinə məsuldur. Ermənilərə də izah olunub ki, burada nəzarət Türkiyəyə verilib. Əgər ABŞ, NATO, hətta AB ilə yaxın münasibətlər qurmaq istəyirsinizsə, siz Türkiyə ilə dil tapmalısınız. Bunun üçün də ilk növbədə Azərbaycanla sülh sazişi imzalanmalıdır. İndi ABŞ - Türkiyə danışıqlarının əsas məsələlərindən biri də bu sülh sazişinin tezliklə imzalanmasıdır. Ermənistan buna hazır olduğunu bildirib. Azərbaycanın qoyduğu əsas şərt isə, təbii haqlı şərtdir, faktiki olaraq bu sazişin tezliklə imzalanmasını qeyri-mümkün edir. Mən ərazi iddiaları ilə bağlı konstitusiyanın dəyişdirilməsi tələbini nəzərdə tuturam. Əvvəla, bu tələbin yerinə yetirilməsi Ermənistanda başlasa belə hələ uzun zaman alacaq. İkinci tərəfdən, mövcud durum nəzərə alınarsa, Ermənistanda ictimai-siyasi sabitliyi qoruyub-saxlamaq mümkün olacaqmı? Paşinyan rejimi dəyişərsə, revanşist qüvvələr hakimiyyətə gələrsə durum necə olacaq? Bu halda aralıq saziş, çərçivə sazişinin imzalanması ön plana çıxır. Rəsmi Bakı isə çərçivə sazişinin imzalanmasına hələ ki, yaxın durmur. Sülhün və dövlətlərarası münasibətlərin normallaşdırılması prinsipləri haqqında anlaşma memerondumunun imzalanmasını istəmir. Belə görünür ki, mövcud şərait və şərtlərdə Azərbaycanın yaxın vaxtlarda sülh sazişi imzalamaq kimi bir istəyi yoxdur.

Elçin Rüstəmli

Elvin Bəyməmmədli

"AzPolitika.info"

Şərhlər

N.Seyfeli. 2024-08-09 09:45:01

Eziz sherhciler, Siz meqale muellifinin proqnozunu duzgun qiymetlendirmirsiniz, o, Cin meselesinde oz duzgun movqeyini bildirib, xahish edirem, diqqetle tekrar oxuyun, Sulheddin muallim cox gozel sherh edib.

Oxucu. 2024-07-08 23:45:41

Nə tez bəy qərbdən üz döndərib çinə tərəf gedir,axı deyirdiniz əbədi yolumuz qərbdir,heç olmasa indi susun Vallah belə cılız seçimlərlə özünüzü gülün vəziyətə salırsız,axı dünən deyirdiz çin diktaturdur,parçalanmalı,dağılmalıdır,indi nə oldu bəs,ayıbdır Vallah ayıbdır,susmağ isə yaxşıdır.

Tahir 2024-07-08 22:27:31

"mən də varam" və ya "deputat olub fitelburqa getmək istəyirəm" mesajı ötürürsən....

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.