Almaniya və Türkiyə millisinin Avropa çempionatını tərk etməsindən sonra çempionata maraq kəskin azalıb.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Məlumata görə, İspaniya və Fransa yığmaları arasında bu gün keçiriləcək yarımfinal matçına maraq son dərəcə aşağıdır. Belə ki, nominal dəyəri 900 avro olan "prime" kateqoriyalı biletlər 350 avroya satılır.
1200 avroluq biletlər 389 avroya, 600 avroluqlar isə 200 avroya düşüb.
Qeyd edək ki, İspaniya - Fransa oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cütün qalibi finalda İngiltərə - Niderland duelinin güclüsü ilə üz-üzə gələcək.
"AzPolitika.info"


Şərhlər