Menu

Bakıda yeni ərazidə söküntü işlərinə başlanılıb

09.07.2024, 15:42
Bakıda yeni ərazidə söküntü işlərinə başlanılıb

Bu gündən Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) sakinlər və obyekt sahiblərinin bir qismi ilə müvafiq məbləğdə kompensasiya barədə razılıq əldə olunub və söküntü işlərinə başlanılıb.

APA- xəbər verir ki, hazırda digər sakinlərlə və obyekt sahibləri ilə danışıqlar aparılır.

Ərazidə söküntü işlər başa çatdıqdan sonra park salınacaq. Bu, Sevgi parkının davamı olacaq.

Qeyd edək ki, bundan öncə Sevgi parkı ilə bağlı yaxınlıqda sökülən digər evlərə görə hər 1 kv.m üçün 2500 manat, obyektlərin hər 1 kv.m üçün 3000 manat kompensasiya verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol