2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkilərində iştriak edəcək Co Baydenlə bağlı maraqlı bir iddia irəli sürülüb.
“AzPolitika” xəbər verir ki, “Axios” saytının məlumatlı mənbəyə əsaslanan xəbərində deyilir ki, 82 yaşlı Co Baydenin səhnədə hansı hərəkətləri edəcəyi əvvəlcədən planlaşdırılır.

“Bayden hətta iclaslarda və tədbirlərdə otağa girib-çıxarkən də ətraflı və təsvirli təlimatlara ehtiyac duyur. Baydenin köməkçiləri prezident üçün onun otağa necə girəcəyi, səhnəyə necə çıxacağı və tamaşaçıları necə qarşılayacağı kimi təlimlər keçirlər. Onlar hər addımı sanki NATO sammiti kimi planlaşdırırlar. Mən çox təəccübləndim ki, prezidentin otağa girərkən və çıxarkən belə təfərrüatlı şifahi və vizual göstərişlərə ehtiyacı var”, - mənbə deyib.
Ağ Ev bəyan edib ki, bu cür göstərişlər rəsmi tədbirlərdə tez-tez olur və vitse-prezident Kamala Harris üçün də bu cür visual təlimatlar hazırlanıb.
Qeyd edək ki, ABŞ lideri bir müddətdir fiziki və ruhi sağlamlığı ilə bağlı müxtəlif iddialarla gündəmdədir.
“AzPolitika.info”


Şərhlər
Bəs yerində razqom götürməyi necə,onuda qabaqcadan planlaşdırırlar???