Menu

Fazil Mustafa da imza vərəqələrini götürüb - Seçkiyə bu dairədən qatılacaq

09.07.2024, 17:40
Fazil Mustafa da imza vərəqələrini götürüb - Seçkiyə bu dairədən qatılacaq

"26 sayılı 1-ci Sabunçu seçki dairəsindən namizədliyimi vermişəm. İmza vərəqələrini götürmüşük. Bunun üzərində iş gedir. Seçicilərlə birbaşa təmasda, imzaların toplanma kampaniyasına başlayacağıq".

"AzPolitika" xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı "Lent.az"-ın sualını cavablandırarkən deyib.

F. Mustafanın sözlərinə görə, rəhbəri olduğu partiyadan 20 nəfərin namizədliyi müəyyən edilib:"Tədricən dairə kommissiyalarına müraciət edirlər. Hələ ki, sistemləşdirməmişik. Amma bu say artacaqdır. Bir az çətinlik ərazisi işğaldan azad olunmuş dairələrlə bağlıdır. Hələ orda rayon təşkilatları formalaşdıra bilməmişik. Lakin digər rayonlarda belə bir problem yoxdur".

"AzPolitika.info" 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol