Menu

"ABŞ və Almaniya Ukraynanın NATO-ya qoşulmasının əsas əleyhdarlarıdır" - Makron

09.07.2024, 19:24
"ABŞ və Almaniya Ukraynanın NATO-ya qoşulmasının əsas əleyhdarlarıdır" - Makron

"ABŞ və Almaniya Ukraynanın NATO-ya qoşulmasının əsas əleyhdarlarıdır".

APA xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron alyansın 75-ci ildönümü münasibətilə keçirilən sammitindən öncə açıqlamasında deyib.

O, ABŞ və Almaniyanın Ukraynanın alyansa qoşulmağa dəvət edilməsinin şiddətlə əleyhinə olduğunu vurğulayıb.

“Nəticə etibarilə, Ukraynanın NATO-ya qoşulmağa dəvət edilməsi müttəfiqlərin qərarı olacaq”, - Fransa prezidenti deyib.

Makron NATO-nun Litvada keçirilən sonuncu sammitində Ukraynanın alyansa dəvət edilməməsinin ukraynalıların üzvlüklə bağlı ümidlərinə zərbə vurduğunu, Vaşinqton sammitinin ssenarisinin də eyni olacağı qənaətində olduğunu əlavə edib.

"Ukraynalılar qapı açıq olduğu, lakin o qədər də açıq olmadığı qənaətinə gələndə kifayət qədər əsəbiləşdilər. Məncə, Vaşinqton sammitinin ssenarisi də eynidir", - deyə Makron deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol