“Arda Gülərin 19, Lamine Yamalın isə 17 yaşı var. Bu iki nəhəng fubolçunun manevrlərində, topa vurduqları zərbələrdə oxşarlıq var. Biri İspaniya uşaq futbolunun, digəri isə Türkiyə uşaq futbolunun yetirməsidir. Onların hər ikisinin timsalında uşaq futbolunun gücü göründü. İstedadı açanlara isə xüsusi təşəkkür düşür”.
“AzPolitika.info” xəbər verir ki, bunları sosial şəbəkədə deputat Etibar Əliyev yazıb.
E.Əliyev hesab edir ki, Azərbaycanda "Uşaq futbolunun inkişafı proqramı" qəbul olunmalıdır. “Elm də belədir. Yadıma fizika üzrə Nobel mükafatı laureatı Riçard Feynmanın məşhur fikri düşdü: "Elm uşaq yaşlarından mənim qanımda bulaq kimi qaynayırdı". Uşaqlarda hansı sahədə olursa olsun, yatan istedad dərhal aşkarlanmalı və dəyərləndirilməlidir. Onlara xüsusi qayğı göstərilməlidir. Azərbaycan istedadlar ölkəsidir!”
“AzPolitika.info”


Şərhlər
ne uşaq futbolu ey...birinci növbede korrupsiyanı götürmek lazımdır..azpolitika size serf elemiyen şerhleri vermirsiz..çox edaletsizsiz