“Ukrayna Rusiyanı vurmaqda sərbəstdir”
Ukraynaya dəstək məsələsində lider ölkələrdən olan Böyük Britaniyada hakimiyyət dəyişsə də, Ukraynanın müdadfiəsinə yönələn siyasət dəyişməyib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-də keçirilən NATO sammitində iştirak edən Böyük Britaniyanınn yeni baş naziri Kir Starmer Ukraynanın Rusiyadakı hərbi hədəflərə zərbə endirmək üçün London tərəfindən ona verilən uzaqmənzilli raketlərdən istifadə etmək hüququna malik olduğunu açıqlayıb: “Ukrayna özü bu yardımın müdafiə məqsədləri üçün necə istifadə olunacağına qərar verə bilər”.
Beləliklə, Starmer təsdiqləyib ki, Ukraynaya tədarük edilən uzaqmənzilli raketlər məsələsində onun Leyboristlər hökuməti Rişi Sunak, Liz Trass və Boris Consonun rəhbərlik etdiyi keçmiş Mühafizəkar hökumətlərlə eyni mövqedən çıxış edir.
Xatırladaq ki, Kir Starmer parlament seçkilərində əvvəllər hakim olan Mühafizəkarlar Partiyasının sarsıdıcı məğlubiyyətindən sonra iyulun 5-də Böyük Britaniyanın yeni hökumətinə başçılıq edib.
“AzPolitika.info”


Şərhlər